Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bizim 2 il öncə dediyimizi Niyaməddin Orduxanlı indi deyir -icra başçılarının facebook profilləri yoxdur?







Niyaməddin Orduxanlı:" Biz ölkənin Prezident cənab İlham Əliyevin, Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevanın rəsmi facebook səhiflərində hər gün xalqa müraciətlərini, fəaliyyətlərini görürük. On minlərlə şəxs onların facebook səhifələrində rəylər yazırlar, fikirlərini bildirirlər, mövcud problemlərdən yazırlar. Yaxudda ölkənin spikeri hörmətli Sahibə xanım Qafarovanın facebook profili fəaliyyət göstərir və uzun illərdi mənimlə facebook dostluğumuz da mövcuddur. Spikerin Milli Məclisin fəaliyyəti haqqında paylaşımlarının şahidi oluruq. İqtisadi İnkişaf naziri hörmətli Mikayıl Cabbarovun rəsmi facebook səhifəsi var. Prezident Adminstasiyasın rəhbəri hörmətli Samir Nuriyevin. Bəs, niyə Azərbaycanda mövcud olan 80 icra başçısının rəsmi facebook səhifələri yoxdur?!"

"Son günlər icra başçılarının həbs olunması ölkə gündəminin əsas müzakirəsinə çevrilib. Korrupsiyaya qarşı mübarizənin önünüdə ölkənin Prezidenti cənab İlham Əliyev dayanıb. Baş verən hadisələrdən tək icra başçıları deyil, nazirlər və digər məmurlar nəticə çıxartmalıdır.  " Bu açıqlamanı "Moderator.az" saytına BAXCP sədrinin müavini, tanınmış QHT sədri, politoloq Niyaməddin Orduxanlı deyib. Onun sözlərinə görə,  yüksək çinli məmurların rüşvətxorluğa görə cinayət məsuliyyətinə cəlb olunmasını cəmiyyət tərəfindən birmənalı təqdir edilir:" Bu işi birbaşa yüksək peşəkarlıqla Dövlət Təhlükəsizlik Xidmətinin rəisi hörmətli generalı Əli Nağıyev həyata keçirdir.  Və işdə əməyi olan hər bir məsul şəxsə təşəkkürümüzü bildiririk.  Bu cür həbslərlə paralel cinayətkarlığı doğuran səbəb və şərait ciddi təhlil olunmalı, qanunvericilik təkmilləşdirilməli, institutsional islahatlar həyata keçirilməlidir. İlk növbədə “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanuna əsasən, korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri olan şəxslər Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının üzvləri olmamalıdır. Komissiyanın üzvləri nazirlərdir. İndi bu nazirlər özləri özləri qarşı necə mübarizə aparacaqlar?! Hansı nazir istəyəcək ki, onun rəhbərlik etdiyi sahələrdə rüşvətxorluğun olması faktını ictimaiyyət bilsin?! Bütün inkişaf etmiş ölkələrdə bu cür komissiyalarda birbaşa müstəqil şəxslər təmsil olunur. Ziyalılar, ictimaiyyət nümayəndələri və s."

Niyaməddin Orduxanlının sözlərinə görə, bu gün Azərbaycanda fəaliyyət göstərən 80 icra başçısının böyük əksəriyyəti sosial şəbəkələrdən istifadə etmir:" Hər kəsə bəllidir ki, bu gün sosisal şəbəkə dünyanın fenomeninə çevrilib. Facebook insanların həyat tərzinə çevrilib. Azərbaycanda əhalinin 90% internet istifadəçisidir. Tək 4 milyondan artıq şəxs facebookdan istifadə edir. İnstagram, tvitter və s. şəbəkəni də nəzərə alsaq milyonların burada olduğunun şahidi oluruq. Mən sosial şəbəkədən çox geniş istifadə edən siyasətçilərdən biriyəm. Biz ölkənin Prezident cənab İlham Əliyevin, Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevanın rəsmi facebook səhiflərində hər gün xalqa müraciətlərini, fəaliyyətlərini görürük. On minlərlə şəxs onların facebook səhifələrində rəylər yazırlar, fikirlərini bildirirlər, mövcud problemlərdən yazırlar. Yaxudda ölkənin spikeri hörmətli Sahibə xanım Qafarovanın facebook profili fəaliyyət göstərir və uzun illərdi mənimlə facebook dostluğumuz da mövcuddur. Spikerin Milli Məclisin fəaliyyəti haqqında paylaşımlarının şahidi oluruq. İqtisadi İnkişaf naziri hörmətli Mikayıl Cabbarovun rəsmi facebook səhifəsi var. Prezident Adminstasiyasın rəhbəri hörmətli Samir Nuriyevin. Bir sıra nazirliklərin, Milli Məclisin deputatlarının, partiya sədrlərinin, QHT sədrlərinin, mətbuat rəhbərlərinin hər birinin facebook profilinin olduğunun şahidi oluruq. Hər gün bu şəxslərin fəaliyyəti ilə bağlı milyonlara insan məlumat əldə edir. Bəs, niyə Azərbaycanda mövcud olan 80 icra başçısının rəsmi facebook səhifələri yoxdur?! Bunlar hansı səbəbdən milyonlarla insanın olduğu şəbəkədən istifadə etmirlər?! Kim bunlara qadağa qoyub? Yoxsa, bu özlərinin seçimidir? Bu icra başçıları kimdən gizlənirlər? Hansı səbəbdən bu günə qədər bu icra başçıları öz rayonlarında yaşayan rayon sakinlərinin sosial şəbəkələrdəki fəaliyyətindən xəbər tutmurlar?Təbii ki, söhbət barmaqla sayılacaq icra başçılarını çıxmaq şərti ilə , bunlar Abşeron, Binəqədi, Şəmkir, Gədəbəy rayonların icra başılarından başqa yerdə qalan icra başçıları sosial şəbəkədən istifadə etmirlər. Biz onları görmürük. Qeyd etdiyim kimi ölkənin Birinci şəxsindən tutmuş, Şeyximiz Hacı Allahşükür Paşazadəyə qədər hər kəsin facebookda rəsmi səhifəsi fəaliyyət göstərir. Mənə elə gəlir ki, bu məsələ Prezient Adminstasiyanın da diqqətini cəlb edir. Bununla bağlı müəyyən işlər də görəcəklər və icra başçılarının da sosal şəbəkədən istifadəsini təmin edəcəklər. Bu adamlar xalqla yaxından təmasda olmalıdırlar. Gizlənməməlidirlər, çəkinməməlidirlər. Rayonlarda, ölkəmizdə, dünyada baş vermiş hadisələri gizli şəkildə deyil, açıq şəkildə öz rəsmi səhifələri ilə izləməlidirlər. İmkan verməlidirlər ki, ən azından internet üzərindən vətəndaş ona müraciətini edə bilsin. İnsanlarla canlı şəkildə ünsiyyət qurmaqdan qorxmamalıdırlar. Ancaq biz nəyin şahidi oluruq? Prezident İlham Əliyev hansı icra başçısını işindən azad edəndən bir necə gün sonra həmin o icra başçıları facebookda öz adları ilə, şəkiləri ilə profil açırlar və hər kəsə dostluq göndərirlər.  Sonra da başlayırlar özlərini "qəhrəman" kimi aparmağa. Bütün bunlar kənardan çox gülünc görünür. Bu adamlar işlərini itirdikdən sonra olurlar "xalqın qayğısına qalanlar"."





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10