Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bu gün Biləsuvarda nə baş verib? - DİN-dən açıqlama


Daxili İşlər Nazirliyi (DİN) Biləsuvar Rayon İcra Hakimiyyətinin qarşısında baş verən hadisəyə münasibət bildirib.

Cenub.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Report-a bildirib ki, hadisə zamanı polisə müqavimət göstərilib:

"Bir qrup vətəndaş sosial yardımların gecikməsi ilə əlaqədar Biləsuvar Rayon İcra Hakimiyyətinin qarşısına toplaşmağa cəhd edib. Ərazidə xidmətdə olan polis əməkdaşları dərhal ora gələrək həmin şəxslərlə söhbət aparıb. Bu zaman sakinlərdən biri polis əməkdaşının qanuni tələbinə əməl etməyib və əvvəl polislərə müqavimət göstərib. Daha sonra həmin şəxs polisə əli ilə xəsarət yetirib. Dərhal polis əməkdaşları həmin vətəndaşı saxlayıb və barəsində araşdırma aparılması üçün rayon Prokurorluğuna göndərilib. Vətəndaşlar iddia edirlər ki, polis əməkdaşları onlara xəsarət yetirib. Lakin belə bir hal baş verməyib”.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10