Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Qardaşının yasına gedən 2 bacı avtomobil qəzasında həlak oldu






Kürdəmirdə yol qəzasında ikisi uşaq olmaqla, 5 nəfər ölüb, 6 nəfər xəsarət alıb - YENİLƏNİB - ADLAR




Kürdəmirdə baş verən qəzada ölənlərin və xəsarət alanların kimliyi məlum olub.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, qəza nəticəsində 2 yaşlı Sabir Ceyhun oğlu Piriyev, 54 yaşlı Mehparə Kərim qızı Kərimova, 46 yaşlı Aygün Kərim qızı Kərimova, 12 yaşlı Qorxmaz Abbas oğlu Kərimov və Aylin Natiq qızı Həsənova dünyasını dəyişiblər.

Sürücü C. Piriyev və sərnişinləri - 34 yaşlı Şəfa Vaqif qızı Piriyeva, Ceyhun Sabir oğlu Piriyev, Reyhan Kərim qızı Kərimova, Abbas Kərim oğlu Kərimov, Arzu İsrayıl qızı Hətəmov isə xəstəxanaya yerləşdiriliblər. 

***

Kürdəmirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun Kürdəmir rayonunu Sor-Sor kəndindən keçən hissəsində qeydə alınıb.

İmişli rayon sakini, 1966-cı il təvəllüdlü Abbas Kərim oğlu Kərimovun idarə etdiyi  "Mercedes" markalı avtomobillə Kürdəmir rayon sakini, 1983-cü il təvəllüdlü Ceyhun Sabir oğlu Piriyevin idarə etdiyi "Nissan" markalı maşın toqquşub. 

Nəticədə 4 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Xəsarət alanlar Kürdəmir Mərkəzi Rayon Xəstəxanaya yerləşdiriliblər.  

Faktla bağlı araşdırma aparılır. 

                         











Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10