Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

”Köhnə bazar” yolu bazar axşamı, ən geci bazar ertəsi səhər tezdən açılacaq İcra başçısının ərazi nümayəndələri, bələdəiyyə sədrləri və digər rəsmilərlə birgə keçirtdiyi virtiul toplantıya qoşulan cenub.az-ın redaktoru nələri müşahidə etdi?


”Köhnə bazar” yolu bazar axşamı, 

ən geci bazar ertəsi səhər tezdən açılacaq 

İcra başçısının ərazi nümayəndələri, bələdiyyə sədrləri və digər rəsmilərlə birgə keçirtdiyi virtual toplantıya qoşulan cenub.az-ın redaktoru nələri müşahidə etdi?


Baş həkim bildirdi ki, qonşu rayonlarla müqayisədə (Lənkəran 77, Cəlilabad 52) koronavirusa ən az yoluxanlar Masallıdadır-19 nəfər


Bu gün, may ayının 2-də, saat 16.00-da Masallı Rayon İcra hakimiyyətinin Başçısı Şahin Məmmədov online görüş keçirib. Görüşə rayonun ərazi nümayəndələri, bələdiyyə sədrləri, əlaqədar təşkilatların rəhbərləri daxil 70 nəfərə yaxın insan qatılmışdı.  “Tilsimi” sındıraraq bu dəfə virtiul görüşə cenub.az saytının rəhbəri kimi mənə də tədbiri Zoom vasitəsi ilə izləmək şansı yaradılmışdı.

 Gözlənildiyi kimi görüşü icra başçısı Şahin Məmmədov açdı. Bir saatdan artıq çəkən çıxışında Şahin müəllim olduqca maraqlı məqamlara toxundu. Koronavirusla bağlı rayondakı vəziyyətlə əlaqədar xeyli açıqlamalar verid. 

“İnsanlarımız yardımlaşma dövründə tamahlarına nəzarət edə bildilər”

İcra başçısı çıxışında xeyriyyə məqsədi ilə edilən yardımlardan tutmuş 190 manat alan şəxslər barədə ətraflı  danışdı. Yardımlaşma işlərində millət vəkilləri Məşhur Məmmədovun, həm də Anar İsgəndərlinin, eləcə də daha güclü xeyriyyə aksiyaları keçirən ərazilərin adlarını sadaladı. Eləcə də bildirildi ki, Məşhur Məmmədovun çağırışı və ilk dəstəyindən sonra imkansız şəxslərə 137 mindən artıq pulsuz çörək verilib. Masallı şəhər, Boradigah və Ərkivan qəsəbələri, Yeddioymaq, Kolatan, Bədəlan və digər kəndlər yardım aksiyasında daha fəal iştirak ediblər.

Rayonumuzda çalışan həkimlərin əməyini yüksək qiymətləndirdikdən sonra qeyd etdi ki, ötən ilin müvafiq dövrü, yəni  4 ayı ilə müqayisədə hətta rayonda təbii ölümlərin sayı azalıb.


“Çiyələk təsərrüfatlarında 300 nəfərə yaxın işçiyə ehtiyac var”


Hazırda rayonda yaz-tarla işlərinin qızğın vaxtı olduğu üçün İcra Başçısı çıxışında bu sahədən də xeyli söz açdı. Çəltik əkinindən tutmuş çayçılığa qədər olan və gözlənilən inkişafdan danışdı. İş axtaranlara irad tutdu ki, hazırda çiyələk təsərrüfatlarında 300-ə qədər işçiyə ehtiyac var. Bəzi təsərrüfatçılar Lənkəran rayonundan fəhlə qüvvəsi gətirməli olur. 

Sən demə, məmurların bir çoxu işıq və qaz pulunu vermirmir

İcra başçısının çıxışında ən maraqlı məqamlardan biri işıq və qaz pulu verməyənlərin sırasında çoxlu ərazi nümayəndəsinin əməkdaşının olduğunu  adbad sadaladı. (Bağlantı bir az qırıq-qırıq olduğu üçün adları  tamm qeyd edə bilmədik.       Təkcə  günahkarlar, borclular   arasında dostumuz, baş həkim Cəlil müəllimin adı yadda qaldı. O da dərhal bəyan etdi ki, 75 manatlıq borcunu bu gün ödəyəcək. Bildirildi ki, rayon üzrə təkcə işıq borcu yarım milyon manatdan artıqdır. (Yaxın günlərdə əldə edə bilsək, adlı siyahını sizə təqdim edəcəyik)

“Sənədləşmə işi bərbad olan ərazilər var”

Bu günlərdə rayonunun əksər ərazilərində kargüzarlıq işi yoxlanılıb. Məlum olub ki, Türkoba, Qızılavar, Qarğalıq, Qəriblər və digər ərazi dairələrində vəziyyət daha bərbaddır. Hətta verilən arayışların bəzisinin surətləri saxlanılmır. Otaqlarda vaxtı ötmüş çoxlu plastik kartlar var.

“Bəziləri məni zəif kadr siyasəti aparmaqda günahlandırır”

Mənə qarşı gileylərdən biri odur ki, zəif kadr siyasəti aparıram. İnsanlar işdən çıxartmaq ən asan yoldur. Çalışıram ki, onlar səhvlərini düzəltsinlər, düz yola qayıtsınlar. Bizə yönəli tənqidlərə də həssas yanaşırıq. O tənqid haqlıdırsa, səhfimizi düzətməyə çalışırıq, qərəzlidirsə ona qarşı müfaviq tədbir görürük.


“Kommunxoz”un, DOST   mərkəzinin də işi ciddi təhlil olundu.


İcra başçısı “Kommunxozun” rəhbəri Hikmət müəllimə xəbərdarlıq etdi ki, axşamlar uşaqlarının yanında rahat gecələmək istəyirsənsə, daha məsuliyyətlə çalış.

“Masallı İHB-nin saytı bir çox rayonlardan irəlidə imiş”

İcra başçısı  sayt və sosial şəbəkələrdən söz açmağı da unutmadı. Özünün araşdırmasına görə,  onları internet resurslarında izləyənlər, eləcə də bəyənələr bir çox rayonlarla müqayisədə xeyli çoxdur.

Virtual görüşdə kimlər çıxış etdi?

Öncə “Viləşçay” dəryacasının rəhbər Mahir Əliyev xəttə qoşuldu. O hazırda təsərrüfatların su ilə təminatından danışaraq bu sahədə heç bir problemin olmadığını səsləndirdi.

Məşğulluq Mərkəzinin rəhbəri Ramin Nüsrətov yardımların verilməsindən, əhalinin  şikayətlərinə həssaslıqla yanaşıldığından danışıldı.

Baş həkim Cəlil Nəzzərovun çıxışındakı rəqəmlər xüsusi maraq doğurdu.

Cəlil müəllim bildirdi ki, koronavirus dövründə Lənkəranda 77, Cəlilabadda 52 xəstə müəyyənləşsə də Maallıda bu rəqəm 19 olub. İlk hospital Masallıda fəaliyyət göstərsə də, burada çalışan həkimlərin yerləşdirilməsinə, yemək təminatına maksimum diqqət göstərilib.

Təssüf ki yoluxanlar arasınada 20-yə yaxın həkim və tibb işçisi də oldu.

Baş həkim onu da xatırlatdı ki, Mərkəzi  Xəstəxananın doğum şöbəsi Boradigah xəstəxanasına köçürülsə də, burada 220 doğuş (bəzisi əməliyyatla) uğurla həyata keçirilib.

“Köhnə bazar” yolu açılır


Tədbirin sonunda, biz də yaranmış imkandan faydalanaraq evdən zoom vasitəsii ilə söhbətə qoşulduq. Öncə bizə bu virtual görüşə qoşulmaq şansı yaratdığı üçün təşkilatçılara təşəkkür etdik. Daha sonra isə, bizə ünvanlanan şikayətlər əsasında soruşduq ki, hazırda bağlı olan “Köhnə bazar” yolu nə vaxt açılacaq? İcra başçısı öncə xatırlatdı ki, burada suların axması üçün novlərin inşasına görə bir az yubanma ola bilər. Amma bütün hallarda isə həmin sahədə ya bazar axşamı, ya da  bazar ertəsi səhər tezdən bütün yollar açılacaq.

Sonda bir daha təşkilatçılara təşəkkür edir və arzu edirik, müstəqil mətbuatla daha sıx əməkdaşlıq etsinlər. Bu əməkdaşlıq bütün tərəflər üçün faydalı olar.

Zahir Əmənov. Cenub.az.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10