Müğənni Nadir Qafarzadə AzTV-də qadağaya düşməsi barədə məsələyə münasibət bildirib.
İfaçı “Ölkə.Az”ın əməkdaşı ilə söhbətində bildirib ki, kanal onu heç bir səbəb gətirmədən efirdən uzaqlaşdırıb.
“Heç bir səbəb gətirmədən məni efirdən uzaqlaşdırdılar. Açıq demirlər ki, biz sizə qadağa qoymuşuq. Kanala təzə rəhbərlik gələndə, bütün komanda da yeniləri ilə əvəz olundu. Mən yenə də deyirəm, AzTV-yə çıxmasam heç nə itirmirəm. Ancaq bu, dövlət kanalıdır, bura heç kəsin atasının şirkəti deyil. Biz də Azərbaycan vətəndaşı olduğumuz üçün, bizim də o efirdə görünməyə haqqımız var. Bu dövlət kanalıdır, burada şəxsi münasibətlərin rolu olmamalıdır. Kimin kimdən xoşu gəlmir, efirə buraxmır. Belə professionallıq olmur”,- deyə, o, qeyd edib.
N.Qafarzadə əvvəllər də belə qadağalarla üzləşdiyini deyib.
“Çox haqsızlıqlarla üzləşmişəm. Mən dünənin ifaçısı deyiləm. 30 il bu sənətdə stajım var. 80-ci illərin əvvəllərindən uşaq kollektivləri ilə çıxış etmişəm, 7 il solist olmuşam. Məni böyük sənətkarlar səhnədə elan ediblər. Bu gün mənim dövlət kanalının arxivində lent yazılarım var. 90-cı illərdə yenə AzTV-yə gəldim, daha sonra orada yenidən rəhbərlik dəyişdi, məni yenə qadağaya saldılar. Son illərdə isə sabiq sədrin dəvəti ilə yenidən orada çıxış edirdim. Yəni mən belə məsələlərə bir növ öyrəşmişəm. Yeni rəhbərlik gəldikdən sonra, Nadir yenə AzTV-nin efirindən yoxa çıxdı. Heç bir səbəb gətirilmədən, məni efirdən uzaqlaşdırdılar. Guya mənim xətrimi çox istəyirlər, ancaq etdiklərindən də qalmırlar”.
İfaçı, bəzi qüvvələrin onu qəsdən efirdən uzaqlaşdırmaq istədiklərini də bildirib.
“Mən hər şeyi çox yaxşı bilirəm. Orada bəzi adamlar var ki, adlarını çəkmək istəmirəm, çünki əmin deyiləm. Ancaq 90 faiz bilirəm ki, həmin o insanlar tərəfindən efirdən uzaqlaşdırılmışam. Bu insanlar da ancaq öz tanışlarını, dostlarını, özlərinə bənzəyənləri efirə buraxırlar. Hətta bir dəfə Azərbaycan televiziyasında mənim haqqımda veriliş çəkiblər, son anda filankəsin xoşuna gəlməyib deyə, efirə getməyib. O da kanalda 3-cü, 4-cü insan olub. Əzizim, sənin xoşuna gəlmədiyi şeyləri sən evində diktə edə bilərsən, bura dövlət kanalıdır, burada şəxsi simpatiyalarını kənara qoymalısan. Bu sənin özəl kanalın deyil ki, istədiyin hər şeyi burada edə biləsən”,- deyə, N. Qafarzadə bildirib.
“Elə sənət adamları var ki, tarixdə iz qoyub gedirlər. Sadəcə, biz insanlara sağlığında qiymət verə bilmirik. Yəni mən efirə çıxdım, çıxmadım, fərqi yoxdur. İnanıram ki, qəlblərdə ən azı öz ifalarımla 30-40 il yaşayacağam. Ancaq vəzifədi, kreslodu, bunlar gəldi, gedərdi.
Mən Azərbaycan televiziyasının yetirməsiyəm, o divarlarda mənim nəfəsim var. Belə danışmağa da mənim haqqım çatır. Sənətkarları küsdürmək lazım deyil, biz yaradıcı insanlarıq, həssasıq. Hər şeydən tez inciyirik. Dünən hamı elə bildi ki mən efir qadağasına görə incimişəm, əsla. Təsəvvür edin ki, bir gün əvvəl çıxışıma hazırlaşıram, repertuar seçirəm və birdən efirə 2 saat qalmış mənə zəng edirlər ki, sən yox başqaları olacaq, istəsən sən də gəl. Mənim 49 yaşım, 30 ildə sənət stajım var. Mən, heç kimin boşluğunu dolduran deyiləm.
Bu sənətdə hörmətimi, uğurlarımı özüm qazanmışam. Mənim “day-dayım” olmayıb ki, mənə dəstək olsun. Hər zaman da ayaqda dik durmuşam. Bunlar da keçəcək. O efirə çıxdım, çıxmadım, heç nə dəyişilməyəcək. Ancaq bəsdirin, belə haqsızlıq etmək olmaz. Çiyninizdə bu günahları hara qədər daşıya biləcəksiniz?”,- deyə, o, fikrini tamamlayıb.