Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

(Video) Masallının “meşə müdiri” vəzifəsindən azad edilib, Amma hələ də kabinetindədir. Bir az da cənubda sönməyən “meşə üsyanları” barədə


















Çoxlarının DÜZƏNDƏKİ işlərə başı qarışdığından meşələrimizdə qırğın gedir. Bir tərəfdə televiziyalarda nümayiş olunan ağac əkmə, yaşılııq aksiyaları, digər tərəfdə meşələrin talan edilməsi haqqında ardI-arası kəsilməyən xəbərlər, video paylaşımlar və sair.

Qarşılıqlı ittihamlar da ara vermir. Bir qrup şikayətçi yerli meşə təsərrüfatı rəhbərlərindən tutmuş müvafiq nazirliyin məsul işçilərinə qədər hamını günahlandırır. Əks tərəf, rəsmilər isə  həmin şəxslərin və onların yaxın qohumlarının meşələri talayanların önündə olduğunu söyləyir, yəni şikayətçilərin özlərini günahlandırırlar. 

Belə şikayətlər  redaksiyamıza  vaxtaşırı  daxil olur.   Saxtakarlıqlara, talanlara aid onlar haqqında məlumatlar sadalanır. Bu işdə günahkarlardan isə təkzib, etirazlarının rəsmi izahı olan cavablar, məktublar almaq olmur. Bu da təbii ki, şübhələr yaradır.


“Meşə idarələrinin” müdirləri niyə 3 aydan, 

6 aydan bir dəyişdirilir?

 Bizdə əksər idarə müdirləri 15, bəzən 25 il eyni kreslonu tərk etməsələr də “meşə idarələri” adlanan təşkilatın rəhbərlərini hər 3 aydan, 5 aydan bir dəyişirlər.

Masallı meşə təsərrüfatı idarəsin 3 ay öncə, bu il yanvar ayının 28-də təyin olunmuş (Bundan əıvvəl Masallı Məşğulluq Mərkəzinin  müdiri olub) Elsevər İmamyarov da 3 ay sonra vəzifəsindən çıxarıldı. Bu barədə qafqazinfo.az saytı bu gün, may ayının 1-də məlumat yayıb. Məlumatda   Yardımlı rayon ərazisində 15 palıd ağacının kəsildiyi, və təbiətə 1117 manat ziyan vurulduğu qeyd olunur.  Məlumatın yayıldığı saatlarda (16.00) biz Elsevər müəllimlə onun kabinetində görüşə bildik.

Elsevər müəllim hələ ki, işdən çıxmaq əmrini almadığını söyləsə də, hədsiz dərəcədə gərgin görünsə də bir sıra suallarımızı cavablandırdı.

Biz öncə Elsevər müəllimi Yardımlı rayon sakinin Şakir İmanovun onun haqqında hazırlanmış video şikayəti təqdim etdik.

E. İmamyarov bildirdi ki, deyilənlər yalan və böhtandır. Şakir İmanov və yaxın qohumları uzun müddət meşəni talan edən adamlar olublar. İndi mən onların meşəni talamağa yönəlmiş əməllərini mane olduğum üçün belə edirlər.

Masallının Yeni Zuvana kəndində salınmış 170 hektarlıq meşə-park məndən əvvəlki dövrdə olub.

Hələ yem biçini başlamamış, bunlar məni qanunsuz yem satışında günahkar sayırlar. Halbu ki, qısa müddətdə Cəlilabad rayonunda 8 hektarlıq meyvə ağaclarından ibarət meşə salmışam. Yaxşı da çıxış alınıb.

Şakir İmanov və digər mənbələrinin dediklər

Şikayətçilər israr edir ki, Yeni Zuvand kəndində yüz min manatlar hesabına başa gəlmiş 170 hektarlıq qiymətli meyvə ağaclarından salınmış meşə məhv olub. Lakin yenə həmin meşə üçün min litrlərlə yanacaq, onlarla adama görmədiyi işlərə görə əmək haqqı yazılır. Oradakı ağacların isə qiymətliləri satılıb, digərlərini isə  mal-qara yeyib, mehv edib.

Meşə daxilindəki otaq sahələri isə böyük qazanc mənbəyidir. Yem satışından yğılan vəsaitin kiçik bir qism  hökumətə verilsə də, böyük hissəsi  mənimsənilir. Hazırda yem yığımı ərəfəsində möhkəm alış-veriş gedir.

 Nəhayət, Yardımlı da növbəti meşə qırğını

Yayilan məlumata görə, (onun bir qismini nazirlik rəsmiləri də təsdiq edi) Yardımlı rayonun  meşələrində yüzlərlə ağac qırılıb. Nazirlik qırılan ağacların cəmi 15 ədəd olduğunu etiraf


Mənbənin məlumatın görə isə qırılan ağacların tonunun yüksək olduğu təqdirdə bütün nazirlik məsuliyyəıt daşıdığından bilə-bilə rəqəmi kiçildiblər. Elsevər İmamyarovun vəzifədən kənarlaşdırılmasına da Yardımlıdakı meşə talanı səbəb olub. Nazirliyin araşdırılması isə davam edir. Daha bir neçə nəfərin cəzalandırlacağı gözlənilir.

Meşə macəraları  bitmək bimir. Qarşılıqlı ittihamlar isə səngimir. Masallıdakı mebel sexlərindən tutmuş, meşəyə nəzarət edənlərin qohumbazlığına, ciddi mənimsəmələrinə qədər.

Normal məntiq isə başqa şey deyir. Doğrudan da nazirlik və onların yerlərdəki rəhbərləri şantaj edilirsə, nazirlik səviyyəsində birdəfəlik, hamıya açıq veriliş hazırlansın –şikayətçilər də danışsın, rəsmilərdə, qırılan sahələr də göstərilsin, qırılmayan da. Ekspertlər rəy versin ki, haqq kimin tərəfindədir.

Son, tam dəqiqləşdirilməmiş məlumatlara görə videoda adları çəkilənlər haqqında daha kəskin tədbir görülüb.

Şikayətçi, Yardımlı rayonu sakini Şakir İmanovun video şikayəti  əlavə olunur.

Zahir Əmənov.







Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10