Evində silahla başından vurulmuş halda tapılan və intihar etdiyi düşünülən iş adamını əslində 16 yaşında qızının öldürdüyü ortaya çıxıb.
Cenub.az xəbər verir ki, hadisə Türkiyənin İzmir şəhərində baş verib.
Daşınmaz əmlak alqı-satqısı ilə məşğul olan 44 yaşlı Zafer U.-nun həyat yoldaşı P.U. polisə zəng edərək, ərinin intihar etmiş halda tapdıqlarını xəbər verib. Hadisə yerinə gələn polis ilkin araşdırma zamanı əlində özünə aid silahı olan Zəfər U.-nun intihar etmiş olduğunu bildirib.
Cəsəd ekspertizaya göndərilib. Ekspertiza zamanı ölən şəxsin başındakı mərminin girişinə görə hadisənin cinayət ola biləcəyi ehtimalı irəli sürülüb.
Həmçinin, müstəntiqlər ölən şəxsin yaxınlarının davranışlarını şübhəli sayaraq, cinayət ehtimalını nəzərdən keçirmək qərarına gəliblər.
İstintaq zamanı Zafer U.-nun 16 yaşlı tələbə qızı N.U. əməlini etiraf edib. O, atasının ona pis davrandığını, təhqir etdiyini deyərək, gecə tapançasını götürdüyünü və atası kresloda yatarkən başından vurduğunu, sonra isə silahı onun əlinə qoyaraq, hadisəyə intihar donu geyindirməyə çalışdığını, səhər isə hər şeyi anasına danışdığını bildirib.
Ana P.U. isə gecə silah səsini eşitmədiyini, kiçik qızı N.U.-dan hadisəni öyrənəndə onun həbs olunacağından qorxaraq həqiqəti demədiyini bildirib.
N.U. həbs edilib. Ana isə ifadəsi alındıqdan sonra şəhəri tərk etməmək şərti ilə azadlığa buraxılıb.(oxu.az)