![](/uploads/posts/2020-05/medium/1588316527_1588314582_1269214.jpg)
Cenub.az Unikal.org-a istinadən xəbər verir ki, Paytaxt Moskvada video konfrans vasitəsilə Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı Rusiyanın Baş naziri Mişustin, COVID-19 testinin müsbət olduğunu bildirib.
Səlahiyyətlilərin məsləhəti ilə onu karantinə alacağını bildirən Mişustin, “Həmkarlarımı təhlükəyə atmamaq üçün bu edilməlidir. Hökumət öz işini davam etdirəcək və rabitə vasitələri vasitəsi ilə həmkarlarımla daim əlaqə saxlayacağam” deyə bildirib.
Mişustin, xəstəliyinin müalicəsi zamanı Baş nazirin birinci müavini Andrey Belousovun baş nazir vəzifəsinə gətirilməsini təklif edib.
Putin bu təklifi qəbul edib və Mişustinə şəfa diləyib.