Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bu şəxslərə güzəşt olacaq - AÇIQLAMA



Pandemiya dönəmində sahibkarlara, eləcə də fiziki şəxslərə vergi ilə bağlı bir sıra güzəşt və dəstək tədbirləri həyata keçirilir. Ancaq bu dəstək əlbətdə ki, vergilərini ödəyən və fəaliyyətini şəffaflıq prinsipləri əsasında quranlara aiddir. Bu vergi ödəyicilərinə əlavə güzəştlərin verilməsi üçün yeni təkliflər də hazırlanıb.
CENUB.AZ xəbər verir ki, pandemiyadan zərərçəkən vergi ödəyicilərinə İqtisadiyyat nazirinin rəhbərliyi ilə yaradılan işçi qrupunun hazırladığı təkliflər əsasında bir sıra güzəştlər və dəstək tədbirləri tətbiq edilir. Maliyyə dəstəyi və güzəştlərin məhz qanuni fəaliyyət göstərən şəxsləri əhatə etməsi bir daha göstərdi ki, dövlət şəffaf fəaliyyət göstərən sahibkarların yanındadır və onların pandemiya nəticəsində zərərlərini minimallaşdırmaq üçün mümkün vasitələrdən istifadə edir.
Dövlət Vergi Xidmətinin İqtisadi Təhlil və uçota nəzarət baş idarəsinin şöbə rəisi Zaur Seyidov bildirir ki, 24 min vergi ödəyicisi üzrə 240 min muzdlu işçinin əməkhaqqlarının ödənməsi üzrə quruma müraciət daxil olub. Araşdırmalardan sonra bu müraciətlərin əksəriyyəti təmin edilib. Zaur Seyidov bildirir ki, vergi ödəyicilərinin sosial yükünün azaldılması üçün Vergi məcəlləsi və sosial sığorta haqqında qanuna dəyişikliklərin edilməsi ilə bağlı təkliflər hazırlanaraq aidiyyati üzrə təqdim edilib. Bu təkliflərdə bir sıra yeni güzəştlər nəzərdə tutulur. Zaur Seyidov onu da bildirir ki, layihədə ərzaq məhsulların idxalı və dezinfeksiyaya çəkilən xərclərin vergidən azad edilməsi məsələsi də yer alır.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10