Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

DTX-nın həbs etdiyi icra başçısına verilən maddələr AÇIQLANDI (ÖZƏL)



Biləsuvar rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyevin barəsində elan olunan maddələr məlum olub.

Cenu.az Demokrat.az-dan  əldə etdiyi məlumata görə, Mahir Quliyevə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib.

Xatırladaq ki, Səbail rayon Məhkəməsinin qərarı ilə Mahir Quliyevin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Mahir Quliyev aprelin 29-da Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs edilib.

Mahir Quliyev Prezident İlham Əliyevin aprelin 30-da imzaladığı sərəncamla tutduğu vəzifədən azad edilib.

Fariz Məlikli
Demokrat.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10