Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Elon Mask ABŞ idarəçilərinə FAŞİST DEDİ



Elektrikli avtomobil istehsalçısı “Tesla”nın məşhur sahibi Elon Mask ABŞ rəhbərliyini pandemiya qaydalarına görə sərt tənqid edib


E.Mask hətta bir az da irəli gedərək tətbiq edilən sərt qaydaları “Faşistcə yanaşma” adlandırıb:

“Konstitusiya haqları heçə sayılaraq insanlar evlərinə həbs edilmişlər. Bu, faşistcə yanaşmadır”.

San Fransiskoda pandemiya çərçivəsində iş yerlərinin bağlanmasını tənqid edən Mask bildirib ki, adamların evlərindən çıxmasını qadağan etmək insan haqlarına uyğun deyil və təməl hüquqların pozulmasıdır:

“Evindən çıxıb-çıxmamaq fərdin özü tərəfindən verilən bir qərardır. Tezliklə azad ABŞ!”.


Qeyd edək ki, Elon Mask qadağa tədbirlərinə rəğmən bir müddət fabrikində işləri dayandırmamağa çalışıb, ancaq sonunda o da karantin qaydalarına uymağa məcbur olub.


Taleh Moderator.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10