Aprelin 29-da Türkmənistanın “Vətən” televiziyasının əsas
xəbər proqramının efirində aprelin 27-də Lebap əyalətindəki fırtınanın yaratdığı çətin vəziyyət barədə bir kəlmə də danışılmayıb.
KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu barədə turkmen.news məlumat yayıb.
Mənbə bildirir ki, fəlakət nəticəsində bölgənin bir sıra yaşayış məntəqələri zərər görüb, yüzlərlə sakin evsiz qalıb. Türkmənabadda (qismən), Kerki və Farabda (tamamilə) iki gündür elektrik, qaz və içməli su verilmir.
Şahidlərin görüntüləri Türkmənistan sosial media qruplarına yayılıb.
Nəşrin qeyd etdiyi kimi, iki gündür bölgənin bir sıra şəhərlərində elektrik, qaz və su təchizatı yoxdur. Məhsullar dövlət mağazalarında məhdud şəkildə satılır: iki toyuq qanadı, 1 kq şəkər, 1 şüşə bitki yağı, 10 kq un.
Aprelin 27-də axşam saatlarında baş verən çaxnaşma əsnasında, Türkmənabadın Üçpunkt və Bahar məhəllələrində polis valideynlərin uşaqlarını evə aparmaq üçün bayıra çıxmasına icazə verməyib