Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

İcra başçısının oğluna vəzifə verildi - YENİ TƏYİNAT



Prezident İlham Əliyev Prezident İlham Əliyev Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin namizədliyini irəli sürüb. Onun təqdimatı artıq Milli Məclisdədir.
Cenub.az Konkret.az -a istenaden xəbər verir ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə isə Baş Prokurorluğun Ədliyyə və Vergilər nazirlikləri, Dövlət Gömrük Komitəsinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Ramil Məcidov təyin edilib.
Ramil Məcidov Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin keçmiş rəisi, Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin oğludur. R.Məcidov uşaqlıqdan babasının yanında böyüdüyü üçün soyadı fərqlidir.
R.Məcidov həmçinin Sumqayıtın icra başçısı Zakir Fərəcovun kürəkənidir.

R.Məcidov DTX-nın generalı Rauf Xələfovla da qohumdur.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10