Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Birtəhər elə||--||


Həkim xəstəni əməliyyat etmək üçün ən zəruri dərmanları tapa bilməyib, dərdin baş həkimə deyir, təbii ki, o da cavabında bildirir: Bir təhər elə.

İşin qızğın vaxtında, artıq idarələrin əksəriyyətinin qızğın çalışdığı bir məqamda, gündüz-günorta vaxtı işıqlar saatlarla yanmır. İşçi kompüterə, kompüter işçiyə baxır. Rəhbər isə deyir: - Bir təhər elə.

Hər işi bir təhər edə-edə hamımız bir təhər olmuşuq.

Bəs ən ciddi işləri bir təhər etmək istəməyənləri necə cəzalandırırlar? Belələrinə rəhbərlərin hansı cavabı olur? Çox sadəcə, bildirirlər ki, xoşun gəlmir, işləmə. Onlar da bildirir ki, niyə işləməməliyəm? Sinfə soyuqdan girmək olmursa, xəstəxana palatasında şaxtadan qalmaq mümkün deyilsə, bunda müəllimin, həkimin günahı nədir?

Bu yaxında yoxlayıcı ilə bir məktəb direktoru mübahisə edib. Direktor deyir ki, soyuqdan dərs keçmək olmur. Yoxlayıcı deyir ki, istilik yoxdur, məktəbi bağlayın. Direktor da deyir ki, burada istilik yoxdur, məktəbi bağlayaq, uşaq bağçasında şəraitsizlikdən uşaq azalır bağçanı bağlayaq, xəstəxanada açıq bazarı görüb, xəstə orada yatmırsa, xəstəxanaları bağlayaq... Elə bir dəfəlik hamı üçün bu problemi yaradanları bağlayaq da. Deyilənlərə etiraz edə bilməyən yoxlayıcı, naəlac qalib deyir ki, Bir təhər elə.

Bu yazını da maraqlı sonluqla bitirə bilmədiyimdən, mən də kömək üçün redaktora müraciət etdim. O da halını pozmadan dedi:- Bir təhər elə. 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10