Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

49 mənzili olub 190 manat istəyən kimdir?-nazirlikdən açıqlama



190 manatlıq birdəfəlik sosial yardım almaq üçün müraciət edənlər arasında 49 mənzilə sahib olan şəxsin olması cəmiyyət arasında birmənalı qarşılanmayıb. Bir qisim insan bu xəbərə inansa da, digərləri bunun ƏƏSMN-nin gecikən yardımlara görə özünə haqq qazandırması kimi qiymətləndirib. Bu şəxsin kimliyinin açıqlanmaması isə yayılan söz-söhbəti daha da alovlandırıb.

Cenub.az verir ki, məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəsmisi Fazil Talıbov saytımıza açıqlamasında, bu fikirləri təkzib edərək, bunun yalan olduğunu bildirib.

"Nazirlik artıq bu məsələ ilə bağlı rəsmi açıqlama verib. Kim nə deyir desin, deyənlər özləri də bilmirlər ki, nə danışırlar. Biz həmin o, şəxs barədə məlumat yaya bilmərik. Bu qanunla qadağandır. Çünki bu fərdi məlumatdır. Hər kəsin fərdi məlumatı toxunulmazdır",- deyə o, bildirib. 

Qeyd edək ki, bir müddət öncə ƏƏSMN-nin mətbuat xidmətinin rəsmisi Fazil Talıbov "Sizcə, adında 49 mənzil olan vətəndaşın aztəminatlı işsizlər üçün nəzərdə tutulan 190 manata ehtiyacı ola və buna haqqı çata bilər?!",- deyə yazması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu. (ölkə.az)





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10