Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

MÜBARİZ MƏNSİMOVUN BƏDƏNİNDƏ ŞİŞLƏR ƏMƏLƏ GƏLİB



Mənsimovun keçirdiyi ağır cərrahiyyə əməliyyatından qısa müddət sonra həbs edilən Qurbanoğlunun həbsxanada qaldığı zaman əməliyyat yeri iltihab bağlayıb, bədənində şişlər əmələ gəlib, qara çiyərində narahatlıqlar baş qaldırıb və qanlı sidik ifraz etməkdədir. Keçirdiyi əməliyyatdan sonra düzgün sarğı olunması və həkim tərəfindən müntəzəm müalicə olunması tələb olunduğu bir vaxtda Qurbanoğlunun həbsxanada nəzarətdə saxlanılması nəticəsində onun immun sistemi olduqca zəif durumdadır. Dünyada yaşanan koronavirus pandemiyası səbəbindən infeksiyaya açıq olan Qurbanoğlunun həyati təhlükə altındadır. Halsız, yorğun və yeriməyə çətinlik çəkir. Vəkilləri tərəfindən edilən bütün hüquqi təşəbbüslərə və tələblərə baxmayaraq, Qurbanoğlu hələ də xəstəxanaya göndərilməyib və yoxlanılaraq səhhəti ilə bağlı hesabat hazırlanmayıb. Özünü artıq idarə edə bilməyən Qurbanoğlunun həyatı təhlükə altında olduğu üçün onun Silivri Həbsxanasında qalması mümkün deyil. Qurbanoğlunun saxlanılandan və tutulandan əvvəl keçirdiyi əməliyyatlar barəsində xəstəxananın tərtib etdiyi hesabat mövcuddur. Hesabatda həkim heyətinin normal qaydada sarğılar etməsi, xəstənin istirahət etdiyi və nizamlı həkim nəzarəti altında olması, xüsusən immunitetinin aşağı düşməsi səbəbindən arzu olunmayan virusa yoluxmanın ola biləcəyi bildirilmişdi. Bu sənədlər aidiyyəti dövlət orqanlarına təqdim olunsa da, Qurbanoğlu həbsxanada saxlanılmaqda davam edir və xəstəxanaya belə köçürülmür. Səhhətinin mövcud vəziyyəti ilə əlaqədar özünü idarə etməyəcək durumda olan Mübariz Qurbanoğlunun həbs qərarı ev
dustaqlığı qırarı ilə əvəzlənməlidir. Rəsmi orqanlar bu vəziyyətə biganə qaldığı üçün Mübariz Qurbanoğlunun həyatı ciddi təhlükədədir.


Pravda.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10