Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Solovyovdan şok: Bütün Ukraynanı işğal edəcəyik




Donbas Rusiyaya bütün Ukraynanı işğal etməyə kömək edəcək.
Axar.az “Politika.net”ə istinadən xəbər verir ki, bunu Kremlin ruporu, rusiyalı aparıcı Vladimir Solovyov deyib. O, “Novorossiya” layihəsinin bitmədiyini, hələ yeni başladığını bildirib.
Solovyov bu planın reallaşması üçün Rusiyanın “Ştaynmayer formulu”nun reallaşmasını tələb etdiyini söyləyib.
Aparıcı bu formulun Ukraynanı parçalayacağını deyib.
O, Donetsk və Luqansk vilayətlərinin xüsusi status almasının digər regionlar üçün nümunə olacağını və həmin ərazilərdə separatçıların aktivləşəcəyini bildirib:
“Onlar səs verməyə başlayacaq; onlar öz tarixlərini xatırlayacaq; onlar nəyin yarandığını görəcəklər. Ukraynanı faşistlərdən təmizləyəcəklər. Xarkovda, Odessada, Dneprdə baş qaldıracaqlar. Qısa müddətdə təkcə Luqansk və Donetsk yox, bütün Ukrayna tək atəş açmadan bizim olacaq. Bu, diplomatiya və partizan dəstələrinin hesabına gerçəkləşəcək”





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10