Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

"TuranBank"da yerləşdirilən əmanətlər risklidir



"Kommersant.az" xəbər verir ki, хəzinə əmanət növündə 36 aylıq dollar və manatla rəsmiləşdirilən əmanətlər Əmanətlərin Sığortalanması Fondu (ADİF) tərəfindən sığortalanmır.
"TuranBank"a manatla əmanətinizi yerləşdirin, bankın lisenziyesı ləğv olunsun və pulunuz batsın.

ADİF milli valyutada 10%-lə banklarda yerləşdirilən manat əmanətlərini sığortalayır. Amma "TuranBank"da 36 aylıq yerləşdirilən manat əmanətlərinin faizləri hər rüb 10.20%, 6aydan bir 10.30%, ildə bir dəfə 10.40%, faizi müddət sonu əldə olunsa 10.5%-lə əmanət qəbul olunur. Bu hallarda isə sizin pullarınız birmənalı olaraq risklə üz-üzə qalır. Çünki, pulunuz hər an bata bilər.

Dollar əmanəti ilin günün bu vaxtı riskilidir hələ ki, "TuranBank"da.

Belə ki, ADİF xarici valyutada 3%-lə banklara yerləşdirilən əmanətləri sığortalayır. Sözügedən bank isə ən azı 100 dollar olmaqla banka 36 ay müddətində yerləşdirilən əmanətin faizlərini hər rüb əldə edərsə 3,1%, 6 aydan bir 3,15%, ildə bir dəfə 3,2%, faizi müddət sonu əldə edərsə isə 3,25% -lə əmanət rəsmiləşdirilir. Bu isə ADİF tərəfindən sığortalanmayan əmanətlər sinfinə aiddir.

Bu barədə bank istehlakçılara ətraflı məlumat vermir. Bankın buna hazır cavabı da var: "Müştərilərin çoxunun bundan xəbəri var”.

Məlumat üçün deyək ki, sözügedən banka 3 illik dollar və manatla əmanət yerləşdirsəniz, bankın bağlanacağı, və ya lisenziyasının ləğv olunacağı təqdirdə müştərilərin əmanətləri birmənalı olaraq geri qaytarılmayacaq. Yəni, banka dollar və manatla 36 aylıq əmanət yerləşdirmək risklidir.

XalqXeber.Az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10