Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Sabahdan yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ




Ölkə ərazisində hava şəraiti pisləşəcək.
 
Milli Hidrometeorologiya Xidmətindən Pravda.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında aprelin 28-i gündüz şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.
 
Aprelin 28-i gündüzdən 29-u səhərədək Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.  Çaylarda sululuğun artacağı ehtimal olunur.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10