Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

65 yaşlı vətəndaşlar artıq küçəyə çıxa biləcək



Türkiyədə yaşı 65-dən yuxarı olan vətəndaşlara küçəyə çıxma qadağası nisbətən yumşaldılıb.
Cenub.az xəbər verir ki, yaşlı insanlar maska və məsafə  qaydalarına riayət etmək şərtilə artıq gündə üç saat evdən kənarda ola biləcək.
Bu barədə “HaberGlobal” məlumat yayıb. Bildirilir ki, qərar evdə qalmağın yaratdığı psixoloji sıxıntıları qismən azaltmaq üçün qəbul edilib.
O da vurğulanır ki, yenilik martın 21-dən bəri küçəyə çıxmayan 7,5 milyon şəxsin maraqlarına cavab verir.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10