Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

"Rusiya konfliktli zonalardan çəkiləcək, yeni situasiya yaranır...” - Zülfüqarovdan şok sözlər



Ötən gün Qarabağla bağlı danışıqlar və digər davranışlardan məlum oldu ki, Rusiyanın köhnə strategiya və taktikasına uyğun olaraq konfliktlərin olduğu regionlarda sadəcə özünü göstərmək siyasəti var. Bütün bunlar ona işarə edir ki, Rusiya bundan sonra daha çox öz problemləri ilə məşğul olacaq. Cənubi Qafqazdakı münaqişələr də daxil olmaqla konfliktlər artıq onun üçün əhəmiyyət kəsb edən məsələlərdən uzaq olacaq.

Bu sözləri sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Teleqraf.com-un pandemiyanın, neft bazarında qiymətlərin düşməsinin, perspktivdə qlobal iqtisadiyyatda ciddi böhranın Rusiyanın konfliktlərlərə münasibətinə hansı formada təsir göstərəcəyi sualına cavabında deyib.

Təcrübəli diplomat xatırladıb ki, Rusiya üçün ciddi məsələ kimi Ukrayna və Belarus qalıb: “Hesab edirəm ki, bütün güc və imkanlarını ora yönəldəcək. Zənnimcə, Mixail Saakaşvilinin Ukrayna hökumətinə dəvət etməsi onu göstərir ki, Rusiyadan uzaqlaşma prosesləri daha da güclənəcək. Lukaşenko-Moskva əlaqələrinə də nəzər almaq olar. Uzaqa getməyək, elə Rusiya baş naziri ilə Çeçenistan rəhbərliyi arasında olan münaqişə...

Bütün bunlar daxili böhranın göstəriciləridir. Belə vəziyyətdə Ermənistanın ambisiyalarını dəstəkləyən tapılacaqmı? Təbii ki, Sergey Lavrov istisna olmaqla. Mən buna inanmıram”.

Tofiq Zülfüqarov ehtimal edir ki, Rusiya Ukraynada, Abxaziya, Osetiya, Denstrayanı bölgədə, elə Qarabağ konfliktində tutduğu mövqedən tədricən geri çəkiləcək: “Bu proses artıq görsənir. Abxaziyada gedən proseslər, Şimali Osetyada olan hadisələr, Rusiya-Qazaxıstan arasında gərginliklərin meydana çıxması... Yəni yetərincə belə hadisələri saymaq olar. Bu mənada yeni şərait yaranırsa, ona uyğun yeni siyasət olmalıdır”.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10