Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Stalindən Beriyaya gecə zəngi - bir vaza banana görə vəzifəsindən götürülən nazir



Hərbi texnika əvəzinə banan... Bəli, qəribə səslənir. Amma nə qədər qəribə görünsə də, nə vaxtsa SSRİ rəhbərliyi bu cür mal mübadiləsinə razılıq veriblər. Özü də elə bir ərəfədə ki, ölkənin iqtisadi vəziyyəti o qədər də ürəkaçan olmayıb...
SSRİ-nin mövcud olduğu 70 il ərzində ölkə vətəndaşları üçün çox şeylər əlçatmaz olub. Məişət texnikası, dəbdə olan geyimlər, ev əşyaları və s. almaq üçün insanlar uzun növbələr gözləyiblər. Mənzil və şəxsi avtomobil sahibi olmaq üçün isə, illərlə gözləmək lazım olub. Çatışmazlıqlar yalnız bunlarla bitməyib. Sovet vətəndaşları gündəlik tələbat malları, ərzaq məhsulları almaqda da problemlər yaşayıblar. Bu sıradan ekzotik meyvələr defisit mallar siyahısının birinci sırasında yer alıb, xüsusilə də banan.
Banan SSRİ-yə ilk dəfə 1938-ci ildə gətirilib. Buna qədər bu ekzotik meyvə yalnız Çar Rusiyası dövründə, 1910-1915-ci illərdə Moskvanın ən bahalı dükanlarında satılıb. Sovet hökuməti qurulduqdan sonra isə ölkə insanları bananın nə olduğunu bilməyiblər.

Artıq 1939-cu ilin yanvar ayının 15-də SSRİ-nin aldığı 20 ton banan ilk olaraq satış üçün Moskva, Leninqrad və Kiyevin qastranomlarına paylanılıb. Kiyev qəzetlərində bununla bağlı maraqlı anonslar gedib: “Banan Kiyevə gəlir”, “Yaxın günlərdə Kiyev qastronomlarında ekzotik qoxu olacaq” və s.
SSRİ-yə gətirilən ilk bananlardan Stalinə də təqdim olunub. Meyvə hədsiz dərəcədə onun xoşuna gəlib. İkinci dünya müharibəsi başlanandan sonra bananın SSRİ-yə idxalı dayanıb. Amma “vneştorq” daimi olaraq Stalinin banan tədarükünü görüb.
1945-ci ildə Stalin SSRİ-yə bananın idxal olunması ilə bağlı Anastas Mikoyana tapşırıq verib ki, Moskva və müttəfiq respublikaların paytaxtlarında banan satışını təşkil etmək lazımdır. Mikoyan banan həvəskarı olmadığından bu məsələyə ciddi yanaşmaq istəməyib və Stalinə bildirib ki, bananın alınması üçün kifayət qədər valyuta sərf etmək lazımdır. Stalin çıxış yolunu erməni nazirə başa salıb:
- Biz onlara hərbi texnika, onlar bizə banan.
Bununla da məsələ həll olunub. Banan əsasən Çindən və Vyetnamdan idxal olunub.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10