Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Karantin fahişələri – Orxan Məmmədli yazır...



Yazar Cəlil Cavanşir karantində fahişələrin acınacaqlı hala düşdüklərindən, uşaqlarına çörək apara bilmədiklərindən yazdı. Məsxərəyə qoyanlar oldu.

Gecəbaz bir dostumuz danışır ki, neçəsi zəng edib pul və ərzaq istəyir. O təmənnasız əl tutur.
Cəmiyyətin hansısa yükünü onlar çəkir. Neçə-neçə təcavüzün, zorun, stressin, cinayətin qarşısını dolayısıyla onlar alır.

Heç kəsi mühakimə etməyin. Heç kəsi təhqir də etməyin.

Həyatla rastlaşan adam bunların heç birini etmir.

Başqa bir dostumuz deyir, Əzizbəyovda marşrut gözləyirdim. Bir oğlanı maşın vurdu. Heç kəs yerdə qan içində can verən cavan oğlana yaxınlaşmadı. Bir fahişədən başqa. Oğlanın başını əlinə alıb, qardaş deyib fəryad edirdi ki, camaat köməyə gəlsin. Çantasından su çıxardı, şərfi ilə oğlanın üz-gözünü sildi. Amma sonra onu Əzizbəyovda görən olmadı. Obrazından çıxmışdı deyə iş yerini də dəyişmişdi. Bəlkə də insanlığından, çoxdandır demədiyi qardaş kəlməsindən utanmışdı.

Biz demirik fosforlu Cevriyələrin sayı çoxalsın. Zatən tələbat nə qədərdirsə o qədər də təminatçı olacaq.

Görünür , bizim ölkədə tələbat heç də az deyil. Ehtiyacdan düşənlər də var, asan pul qazanmaq üçün gələnlər də. Onlara şərait yaradan qurumun adı haqqında danışmayacam. Hamı bilir. Və hamı da görür ki, Bülbül prospektində, Rəşid Behbudov küçəsində və digər yerlərdə fəaliyyət göstərən massaj salonlarının, sağlamlıq mərkəzlərinin əsl fəaliyyəti nədən ibarətdir.

Mətbuatda "əxlaqsızlıq yuvası aşkar olunub" cümləsini oxuyanda bütlər də heyrətlənir.

Mən instaqram işlətmirəm, ara-sıra dostlar göstərirlər... Açıq-aşkar virtual can bazarı fəaliyyət göstərir. Nömrələr bəlli, ünvanlar bəlli, üzlər bəlli. Ötən yay ərəb müştərilərlə aşıb-daşan Nizami küçəsi Amsterdamın "qırmızı fənərlər"indən daha dinamik idi.
"Kimdir onlara şərait yaradan..." bir özləri bilir, bir də Yaradan.

Karantində xislət amanatı.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10