Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Krediti ödəyə bilməyənlərə şad xəbər



Mərkəzi Bankın pandemiya ilə əlaqədar bu gün verdiyi qərara əsasən, banklara, bank olmayan təşkilatlara 30 sentyabra qədər gecikən kreditlərə cərimə, dəbbə və digər ödənişlərin hesablanmaması tövsiyə edilib.
Cenub.az  verir ki, bu sözləri iqtisadçı ekspert, millət vəkili  Bayramov Mərkəzi Bankın qəbul etdiyi qərarla bağlı danışarkən deyib.
Millət vəkili bildirib ki, Mərkəzi Bank kredit borcu olanlar, bütövlükdə banklar və maliyyə xidmətləri sektoru üçün güzəşt paketini elan edib:
“Azərbaycan Prezidentinin tapşırığı ilə Mərkəzi Bank pandemiyanın maliyyə bazarına və müştərilərinə təsirlərini minimallaşdırmaq üçün 4 əsas istiqamət üzrə güzəşt tədbirləri həyata keçirəcək. Tədbirlərə əsasən, İpoteka və Kredit Zəmanəti Fondunun vəsaitləri hesabına bu il martın 1-ə kimi verilmiş ipoteka kreditlərinə Fondun razılığı əsasında bu il sentyabrın 30-dək güzəşt tətbiq olunacaq. Fondun vəsaitləri hesabına 01 mart 2020-ci il tarixinə kimi verilmiş ipoteka kreditlərinin restrukturizasiya edilməsi zamanı banklar tərəfindən kreditin keyfiyyətinin pisləşdirilməməsi tapşırılıb. Əsas məqamlardan biri kredit borcu olanlarla bağlıdır. Paketə görə, kredit öhdəliklərinin (əsas borc və faiz ödənişləri) tam və ya qismən gecikdirilməsi halında borcludan əlavə cərimə faizi, dəbbə pulu və digər ödənişlərin tutulmaması banklara tövsiyə edilir. Bu o deməkdir ki, Mərkəzi Bank banklara kreditini ödəməkdə çətinlik çəkənlərə cərimə faizi və dəbbə pulu yazmamağı tövsiyə edib”.
V.Bayramov bildirib ki, sənədə əsasən, bu il martın 1-i vəziyyətinə keyfiyyəti qənaətbəxş olan və pandemiya ilə əlaqədar kredit borcunu gecikdirən borcalanlar üzrə neqativ məlumatlar 30 sentyabr 2020-ci ilədək kredit bürosuna xüsusi qeydlə təqdim olunacaq:
“Yəni, əgər vətəndaşımızın martın 1-dən sentyabrın 30-dək kredit yubanması olacaqsa, o, onun kredit tarixçəsinə yazılmayacaq və tarixçə pisləşməyəcək. Paket maliyyə bazarlarında digər sektorları da əhatə edir. Etiraf etmək lazımdır, güzəşt paketi sistemlidir və pandemiyanın maliyyə bazarı iştirakçılarına təsirlərini minimumlaşdırmağa imkan verəcək”.
Qeyd edək ki, paketin tam mətni artıq Mərkəzi Bankın internet səhifəsində yerləşdirilib.


Müəllif: Nigar İxtiyarqızı





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10