Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Tiflisin Saakaşvili "hədəsi"nə Ukraynadan cavab



Rəsmi Tiflis Ukraynadakı səfirini geri çağıracağı təqdirdə böyük problemlərlə qarşılaşacaq.
Cenub.az  xəbər verir ki, bu sözləri Ukraynanın “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya deyib.
Onun sözlərinə görə, heç bir dövlət suveren hüquq sayılan kadr təyinatı ilə bağlı Ukraynaya göstəriş verə bilməz.
Araxamiya bildirib ki, səfir geri çağırılacağı təqdirdə Kiyevin deyil, Tiflisin daha böyük problemləri olacaq:
“Bu ki “Bizim diplomatik problemlərimiz olacaq” deyən ABŞ deyil axı! Bu, Gürcüstandır, unutmayaq”.
Xatırladaq ki, Gürcüstan hökuməti Saakaşvilinin Ukrayna Baş nazirinin müavini təyin ediləcəyi halda Kiyevdəki səfirin geri çağırılacağını açıqlayıb.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10