![](https://moderator.az/fotobaza/orta/281655.jpg)
“Dəbilqələr bir dəqiqə ərzində beş metr məsafədə 200 insanda temperaturu skan edə bilir. Müşahidə sahəsinə yüksək temperaturlu şəxs düşdüyü halda, dəbilqə siqnal verir. Bu cür dəbilqələrlə Dubayın bütün polis şöbələri, metro stansiyalarında və avtobus dayanacaqlarındakı yoxlamalarda iştirak edən patrul xidməti əməkdaşları təchiz olunub”, - deyə nəşr qeyd edir.
BƏƏ COVID-19 xəstələrinin sayına görə, Fars körfəzinin altı ölkəsi arasında ikinci yerdədir. Cümə günü Səhiyyə Nazirliyinin “Twitter” səhifəsində yerləşdirilən məlumata əsasən, son sutka ərzində ölkədə 525 yeni yoluxma halı qeydə alınıb. Beləliklə, pandemiyanın başlayandan ölkədə COVID-19-a yoluxanların ümumi sayı 9,2 mini ötüb, 64 nəfər ölüb. (oxu.az)