Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Biləsuvardan şikayət var:"Bələdiyyə sədrinin qanunsuz əməlləri araşdırılmır"



Biləsuvarın Nərimankənd sakini Ziyafət Quliyev həmin kəndin bələdiyyə sədrindən şikayətçidir.

Bu barədə Arqument.Az-a kənd sakini Ziyafət Quliyev özü məlumat verib.

O, bələdiyyə sədrindən dövlət qurumlarına da müraciət etdiyini deyir.

Ziyafət Quliyev bildirib ki, uzun illərdir taxılçılıq və pambıqçılıqla məşğul olsa da, bələdiyyə sədri ona bələdiyyə torpaqlarından icrayə vermir və torpaqları ancaq istədiyi adamlar arasında bölüşdürür. Ziyafət Quliyev

Onun sözlərinə görə, bələdiyyə sədri baxşəli Mehtiyevin bu ayrı-seçkiliyi onun kənd təsərrüfatı ilə bağlı fəaliyyətini məhdudlaşdırır.

"Bizim əsas işimiz əkib-biçindir. Həmişə torpaq götürüb istifadə edirdim, amma indi bələdiyyə sədri buna əngəl törədir, çünki torpaqları öz yaxınları arasında bölüşdürüb. Onun məntiqi ilə biri əkib-becərməli, digəri ac qalmalıdır", - Nərimankənd sakini deyir.
O, indiyə qədər icra haqqını da gecikdirmədiyini bildirib.

Ziyafət Quliyev problemlə bağlı İmişli Regional Ədliyyə İdarəsinə də iki dəfə müraciət edib.

Bələdiyyə sədri Baxşəli Mehdiyev

"İmişli Regional Ədliyyə İdarəsinə sözügedən problemlə əlaqədar müraciət etdim, cavab yazdılar, amma gəlib yerində inzibatı nəzarət icratı qaydasında problemləri araşdırmadılar. Şikayətimdə bələdiyyə sədrinin qanunsuz əməlləri və cinayətlərindən də bəhs etmişdim, amma baxan olmadı".

Arqument.Az Ziyafət Quliyevin şikayəti ilə bağlı bələdiyyə sədri Baxşəli Mehdiyevdən münasibət öyrənə bilməyib.

İmişli Regional Ədliyyə İdarəsindən isə vətəndaşa verilən cavab məktubunun surəti təqdim edilib. 







Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10