Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Lənkəranda müəllimənin meyiti quyuda tapılıb



Onun yıxılaraq xəsarət aldığı və suda boğulduğu bildirilir
 
Lənkəran sakini bədbəxt hadisə nəticəsində boğularaq ölüb.
 
Cenub.az Ayna.az-a  istinadən verdiyi xəbərə görə, 1959-cu il təvəllüdlü Lənkəran şəhər sakini Mirzadə Mirhəsən qızı Əsgərova su quyusuna yıxılaraq ölüb.
 
Bədbəxt hadisədən onun bacısı xəbər tutub. M.Əsgərovanın evdə olmadığını görən qadın onu axtarıb. O, bacısına məxsus ayaqqabının bir tayını həyətdəki quyunun kənarında tapıb. Bundan sonra quyuda M.Əsgərovanın meyiti aşkarlanıb.
 
Onun yıxılaraq xəsarət aldığı və suda boğulduğu bildirilir. M.Əsgərovanın meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.
 
Qeyd edək ki, M.Əskərova Lənkəranda 40 ildən çox bədən tərbiyəsi müəlliməsi işləyib.
 
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.
     Müəllif: Ayna.az 





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10