Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Əli Həsənova qarşı məhkəmə çəkişmələri başladı



“Prezidentin köməkçisi Əli Həsənov vəzifəsindən azad olunandan az sonra yazmışdım ki, onun göstərişi ilə haqqımda böhtan, təhqir yazan yaramazlarla bağlı məhkəmələrdə qaldırdığım bütün iddialardan imtina edirəm. Hesab edirdim ki, Əli Həsənov vəzifəsindən azad olunandan sonra onun tapşırıqlarını icra edənlər etdiklərindən peşman olub yaramazlıqlarından əl çəkəcəklər. Ancaq keçən müddət ərzində gördüm ki, humanist yanaşmamda yanılmışam”.
 
Cenub.az -ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.
 
A.İsmayılov qeyd edib ki, Bunlar öz murdar əməllərindən əl çəkməyiblər, indi də özlərinə yeni sahib axtarırlar: “Yal verənlərinə qulluq etməyə öyrəniblər. Ona görə bu günə qədər məhkəmələrdə qaldırdığım işləri davam etdirəcəm və hələ haqlarında müraciət etmədiyim yaranmazları da məhkəmələrə verib cəzalandıracam. Bu məxluqatlarla ancaq zor dilində danışmaq lazımdır. Bunlar insan dilini, ədəb-ərkan, bağışlanmaq nə olduğunu bilən deyillər. İçlərində olan murdarlıqları imkan olan kimi bayıra dağıtmağa öyrəşiblər”.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10