Adamına və sürücünün insafına görə qiymət 100-150 manat arası dəyişir. (Bir az da “Köhnə bazar” yolundan)
Koronovirusla bağlı insanların Bakıya gediş-gəlişində ciddi problemlər yaranıb. Hətta əllərində icazə kağızı, necə deyərlər “daşda keçən sənəd”in olsa belə, normal qiymətə maşın tapmaq müşkül məsələdir.
Bir neçə sürücüdən aldığımız məlumata görə minik maşınlarına 2-dən artıq (ən yaxşı halda 3 nəfər) sərnişinə icazə verilmədiyi üçün hər sərnişinə görə 20, bəzi hallarda isə 35-40 manat istənilir. Necə deyərlər, “əlim yandı” vəziyyətdə Bakıya getmək istəyənlər bəzən 150-manatdan keçməli olur. Ailəvi, uşaqlarla gedənlər daha çox çətinliklə üzləşir. Bəziləri isə çıxış yolu kimi, yük maşınlarının kabinəsindən istifadə etməyə üstünlük verir. Bu şərtlə ki, səndələrin “korona qaydalarına” uyğun ola-yaşı 65-i keçməyə, şəhərə girişə icazən ola.
Söhbət ki, yoldan düşmüşkən, hazırda Masallı şəhər mərkəzində bağlanmış “Köhnə bazar” yolundan da bir-iki kəlmə deyək. “Korona qadağaları” ilə bağlı “Köhnə bazar” istiqamətində giriş və çıxış yolları bağlanıb. Deməli, “Fəzailin bazarı” adlanan hissə və onun qarşı tərəfindəki qapalı bazarın bir hissəsi, bağlı olsa da digər dükanlar. Meyvə Bazarı işləyir, hər gün onlarla, yüzlərlə insan bu ərazidə sağa-sola hərəkət edir. Qadağadan ən çox əziyyət çəkənlər isə maşını olanlardır. Yəni, o ətrafdakı evlərə, idarələ getmıək istəyənlər böyük bir “kruq” vurmalı olurlar. Hələ də çoxları başa düşə bilmir ki, bu koronovirus adamları qorumaq üçündür, ya maşınları.?
Turan Əlisoy Cenub.az