Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

29 oktyabr 2004 cü-il ÇƏPƏRÜSTÜ SÖHBƏT


- Bəs sonra nələr oldu?
- Bekar adamam da, oturub hesabladım ki, hər ərizə alandan demokratik yolla 2 “şirvan”, yəni 4 dollar alsalar və hər dairədə təxminən 400-ə yaxın bələdiyyə olmaq arzisinda olan ərizə götürsə, bu, təxminən eləyər 1500-1600 dollar.
- Bu hesablamanı kimlərəsə deməmisən ki?
- Birinə dedim, peşman oldum. Dedi ki, ay bacı, bizim 5-10 “göy” qaznmağımızı nə tez hesabladın, rayonun keçmiş başçsı, o ciyəri yanmış bələdiyyə sədri olmaq istəyənin hər birindən 500-1000 dollar alıb, çıxıb aradan. Deyilənə görə, bəzi nüməyəndələrini salıb kəndlərin canına, guya bələdiyyə üzvü olana hökümət 500 dollar pul verəcək, siz də həmin pulu bu başdan verin bizə, sizdən bələdiyyə düzəldək. Bizimkilər də Şeyx Nəsrullaha inanan kimi, azərullaha inanıb, açırlar ciblərinin ağzını. Hətta bir bələdiyyə sədirliyinə 2-3 adamdan pul aldığını deyənlər də var. Əsas rolu oynayan da “super mədəni suka” toppuş olub.
- Bilmirəm, sən bələdiyyə olmaq istəyirsən, ya böyükləri təftiş etmək? O qədər belə şeylərdən danışacaqsan, bir də gördün, sənin də zənbilinə narkotik atıblar.
- Elə bilirsən, məndə “dannılar” yoxdur. Camaatı narkotiklə qorxudanın öz qohumundan 2-3 il qabaq həmin zəhrimardan kiloyla tutblar, sonra da elədilər baş bələdiyyə. Tərpətmə məni.
- Yaxşı, bu məsələnini də qatladıq. Bir az da öz platformandan danış.
- Platforma deyəndə, cammat necə, biz də elə. Əvvəcə kəndin ən yaxşı xəbərçilərini yığacam başıma. Görüm, kim-kimlə cikkildəşir, kim-kimlə pıçıldaşır. Rusiyətdən kim evinə nə qədər pul gətirir. Sonra o yaltaqlar var e. Biz müstəqillik qazanandan sonra çoxunun ştatı düşdü ixtisara. Bax, onların ən bacarıqlılarını işə cəld edəcəyəm. Curəlini tanıyarsan da? Bütün dövürlərin baş üzə duranını. Hə, istəyirəm ondan da istifadə edəm. Hamı bilir ki, onun üçün fərqi yoxdur, pul verəndə dədəsinin də üzünə durur. Qısası, belə alçaqlıqlar eləməyə hazır olanlar barədə problem yoxdur. Bundan əlavə özüm üçün də ədəbiyyəat müəllimi tutmuşam ki, dilimizdəki ən yaxşı, gözəgəlimli söyüşləri, qarğışları öyrətsin mənə. Çünki camaatımız o qədər mədənidir ki, nə qanundan qorxur, nə buna bənzər şeylərdən. Yaxşı söy, rüsvay elə, necə lazımdır qazanacaqsan.
- Bəs yeni iş yerləri açmayacaqsan?
- Qıza, iş yerinə nə gəlib. O qədər iş verən var, adı heç siyahıda yoxdur. Onların adını salacam, işləyənlərin siyahısına. Hesablamışam, təkcə bizim kənddə 9 ölü yuyan, yəni mürdəşir, 40-a yaxın qəbir qazan, 5-dən artıq mərsiyəxan, 18 cadugər, 48 işverən və s var, onların hamısının adını işləyən kimi sənədləşdirəcəyəm, bu da oldu yeni iş yeri.
- Bəs abadlıq işlərinə necə baxacaqsan?
- Bu, çox çörəkli işdir. Hansı təşkilata kömək eləsəm, yarıbayarıya razılaşıb bir az da qiymətləri şişirdirdib, əvvəl cibimi, sonra yolları abadlaşdıracam. Bu sahədə dollar Alikin təcrübəsindən faydalanmaq fikrim var.
- Qıza, sən dərya imişsən ki, bəs qəzet-zad buraxmaq fikirn yoxdur?
- Qəzeti neyləyirsən, o qədər 5 manatlıq yazarlar var ki, haqqını verəcəm, yazacaqlar. Bir də qəzetdən çox indi kitab dəbdədir.
- Kitabın da xatası çıxır da. Bu yaxında rəhbər dəyişəndə, bir şairciyin 130 kitabını (yəni 130 şirvanlıq kitabını) müdirlərdən biri tez qaytarıb həmin bəxtəvərə ki, bəlkə özümü atdılar bayıra, kaitab qalar ayağmda. Qısası, kadr dəyikliyi olmasaydı, indi bütün həkimlər tibbi ədabiyyat əvəzinə həmin kitabları oxuyurdu.
- Nə isə, bələdiyyədən danışaq. Platforma-zadı zarafat eləyirdim. Heç ərizəmi qəbul elədilər ki, hələ bir platformama da baxan olsun. Getdib, xalxın uşaqları kimi pulumu verib, vəzifəmə alacam, elə platformanı da özlərinə yazdıracam.
Zahir Əmənov





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10