Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı Rayon Polis Şöbəsi və prokurorluğu məlumat yaydı...


Masallı rayon polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilmişdir.

Belə ki, aprelin 22-də saat 13 radələrində Masallı rayonunun Ərkivan qəsəbəsi ərazisində üç avtomobilin toqquşması nəticəsində iki nəfərin vəfat etməsi, iki nəfərin isə aldıqları xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi faktı üzrə Masallı Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanmışdır.
İş üzrə həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin “Kia Sorento” markalı 90-ZR-590 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Zaman Qasımzadə tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının kobud surətdə pozmaqla törədilməsinə, daha sonra Z.Qasımzadənin hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilmişdir.
Zaman Qasımzadə Cinayət Məcəlləsinin 263.3 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyət hadisəsi yerindən qaçma) maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir

Cenub.az 





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10