“Viləş” körpüsündən cənub tərəfə istinad divarları bərkidiləcək”
3 ildən artıqdır ki, Masallıda “bulvar-bulvar” deyirlər, Viləşin divarları bərkidilir, ağaclar əkilir, xəyallar qururlur, şəkillər paylaşdırılır, lakin hələ də bu bulvarın dadın çıxartmaq masallılara qismət olmur. Bu günlərdə icra hakimiyyətinə yaxın mənbələrdən aldığımız məlumata görə, 2020-ci ilin büdcəsində Masallı bulvarı üçün də vəsait ayrılması barədə (təxminən 600-700 min manat) Nazirlər Kabinetinə təkliflər göndərilib. Təkliflərə yaxın vaxtlarda tender kommisiyasında baçıxlacaq. Ayrılmış vəsait hazırda Viləş çayı üzərindəki əsas körpüdən şimal tərəfə - Kapital Bankın rayon şöbəsindən, Masallı “Telekom” binalarının arxasındakı divarlara qədər məsafəni əhatə edəcək. Son aylarda bu ərazidə iməcilik yolu ilə burada 4600 ağac tunglərinin və gül kollarııın da əkildiyini nəzərə alsaq, 50-60 oturacaqdan və işıqlandırmadan sonra buradan qismən də bulvar kimi istifadə oluna bilər. Yəqin ki, “korona” dövründəki “Evdə qal” qadasından sonra “Bulvara çıx” çağırışı belə məqamda pis olmaz.
Turan Əlisoy Cenub.az