Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

İlqar Məmmədova 234 min təzminat ödəniləcək - ReAL sədri bəraət aldı



Xəbər verildiyi kimi, REAL sədri İlqar Məmmədov bəraət alıb.
Cenub.az Musavat.com-a istenadla  xəbər verir ki, Ali Məhkəmənin bu gün keçirilən plenum iclasında qərar qəbul edilib.
Qərara əsasən, Ali Məhkəmənin Cinayət Kollegiyasının, Şəki Apelyasiya Məhkəməsinin qərarları və Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib. Həmin cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilib. 
Plenum İ. Məmmədovun həbsdə qaldığı müddətə görə mənəvi təzminat təyin edib. mənəvi təminatın məbləği 234 min manatdır.
Qeyd edək ki, İlqar Məmmədov 2013-cü il yanvar ayının 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunub. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il azadlıqdan məhrum edilib. O, 2018-ci il avqustun 13-də şərti azadlığa buraxılıb.
Bildirək ki, partiyanın digər üzvü Rəsul Cəfərov da bəraət alıb. Ona isə 57 min 400 manat mənəvi təzminat ödənilməsi barədə qərar çıxarıb.
İ.Muradov
Musavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10