Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Prezidentin sərəncamı niyə İcra Hakimiyyətinin saytına yerləşdirilməyib?



Prezident İlham Əliyevin İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırova töhmət verməsi ilə bağlı sərəncam ismayilli-ih.gov.az saytına yerləşdirilməyib.

cenub.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Səməd Vəkilov məlumat verib:

"Prezidentin İsmayıllı İcra Hakimiyyətinin başçısı Nahid Bağırovla bağlı sərəncamı İsmayıllı Rayon İcra Hakimiyyətinin rəsmi saytına niyə qoyulmayıb? İcra Hakimiyyətinin vəzifəli şəxsləri və sayta cavabdeh şəxslər bilmirlər ki, Prezidentin həmin rayona aid sərəncamı dərhal sayta qoyulmalıdr? Bu töhmət olsa belə".

Qeyd edək ki, Prezident İlham Əliyev Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırova töhmət verməsi ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Rza oğlu Bağırova Azərbaycan Respublikasının ərazisində koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunmuş xüsusi karantin rejimi qaydalarını pozduğuna görə töhmət elan edilib.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10