- Bəs seçkiqabağı əhali ilə iş aparmırsan?
- Əhaliyə yaxın getməlidir ki. Bahalıq belə gəldi, rüqşvətxorluq belə gedti. Təhsil, səhiyyə pis gündə, məmurlar dollarla baş kəsir... daha nə bilim nə. Qısası, ağzını açan şikayət edir, pul istəyir.
- Bəs bələdiyyə olandan sonra onlara nə cavab verəcəksən?
- Bilgəh sanatoriyasına yaxşı bir putyovka danışmışam. Möhürü alandan bir-iki gün sonra gedərəm istirahətə. Sonra hər qohumun evində 1 həftə qalıb dincələcəm. Kəndə ancaq hökümət yardımları verəndə və pulları bolüşdürmək lazım olanda gələcəm. Qalan işlərə faizimi qoyub, aylıq haqqımı gözləyəcəm.
- Qıza, mən bu bələdiyyəni ağıllı-başlı bir yer bilirdəm, sən onu lap gözümdən saldın.
- Ay bacı, bir sağa-sola bax da. Dünyanı mən düzəldəcəm? Bir az haqqdan - ədalətdən danışdım, mafiyozlara çumdum, gördüm bəzi dostlarım mənə zəng eləməyə də qorxur.
- Qıza, həmişə belə olub da. Adam bərkə düşəndə gizlənirlər, iş sahmana düşən kimi hərə dövlətli evin gəlini kimi bir yandan çıxıb “səni prokrora belə tapşırmışdım, nə bilim məhkəməyə demişdim ki, o bizim adamdır, filan kəsə sənə görə qonaqlıq vermişdim” və s. ifadələrlə hələ minnət də qoyurlar.
- Bax, özün də, bunları bilirsən, amma yenə məni qıdıqlayırsan.
- Deməli, sən satıldın. Özüm keçəcəm müxalifətə.
- İqtidar sənə nə azar vurub ki, müxalifətə keçirsən? Sənə əldəqayırma o qədər müxalifətçi göstərərəm, deyərsən ki, o axmağa baxanda, bu axmağa şükür.
- Qıza, bir dənə işıq məsələsi bəsdir ki, bəzi böyüklərimiz özünü assın. Bəyənmədiyimiz sovet höküməti 10-15 ilə bütün Rusiyanl müstəmləkələr qarışıq elektirikləşdirdi. Bizim danışanda ağızlarına dovşan sığmayan rəhbərlər 10 ilə 10 ədəd sayğac quraşdıra bilmir.
- Bu barədə də təzə xəbərlər var. Deyirlər ki, təzə başçı bir-iki yerdə işıq söhbətlərindən bezərək deyib ki, işıq idarəsi cinayət yuvasıdır.
- Qıza, bəs deyirlər, cinayət bilib gizlətmək özü də cinayətdir. Bəs hüqüqsünast boyüyümüz gündüz-günorta çağı “Qaz-31”də cövyan edən bu çinayətkarları niyə həbs etdirmir?
-Ay bacı, cinayət yuvası birdir, ikidir. Yazıq hansını tutdursun. Tutdurnağa qalsa, sağ-solunda o qədər oğru, quldur, əxlaqsız, saxtakar var ki, gərək birinici onları basdıra.
-Belə şeyləri eşidəndə adam istəyir qaçıb xaricdən sığınacaq istəyə.
-Xaricdəki zalım oğlu səni neynir? Dilini lal eləsin bələdiyyə sədri olan kimi sənin üçün də bir şirkət açaram, yaşayarsan bala-bala.
-Hər yer monopoliya, hər yer bahalıq. Şirkətdə işləməlidir?
-Sənin üçün bir dənə monopoliya olmayan yer tapmışam. Bahalaşma başlayandan təzəyin qiyməti yaman qalxıb. Monopolistlərin də bu gəlirli işdən xəbəri yox. Bacın sənin üçün bir təzək firması acar, şərikinə fırladarıq. Heyvanlarımız bu işdə bizi peşman etməz.
- Bəs, bu iş üçün “şapka”istəməzlər?
- Əşi, onların da “şapka”sına 1-2 dənə təzək qoyarıq, çıxıb gedərlər. Keçmişə baxma, indi nə versən götürürlər.
Zahir Əmənov