Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Yardımlı. Xeyriyyəçiliyin yeni nümunəsi –“nisyə dəftəri” necə sıfırlandı?


Yaxud adsız xeyriyyəçi yüzlərlə ailəni necə sevindirdi?


Ölkə miqyasında xeyriyyə aksiyaları günbəgün genişlənir. Artıq bu barədə adi xəbərlər oxucunu çəkmir. Oxucu, daha yeni formalı, daha yüksək məbləğli xeyriyyə tədbirləri eşitmək istəyir. Məsələn, 3-4 gün öncə Lənkərandan belə xəbər gəldi ki, adını açıqlamaq istəməyəm vəzifəli şəxs Lənkaranda 1000 adama hər biri təxminən 50 manat dəyərində ərzaq paylayıb. Yardımlıdan gələn xəbər isə daha maraqlıdır. Necə deyərlər, axı niyə?
Deməli, Yardımlı şəhərindən 5 kilometr aralıda Dəryavar  adlı bir kənd var. Kənddə 435 nəfər insan yaşayır. Kəndəki evlərin sayı isə 50-yə yaxındır. Bu yaxınlarda   adının aıqlanmasını istəməyən, şəhərdə yaşayan  yardımlılı xeyriyyəçi kəndə gələrək buradakı yeganə mağazanın müdirini yanına çağırıb. Ondan xahiş edib ki,  kənd sakinlərinin mağazaya borcu olan dəftəri ona göstərsin. Dəftərə baxanda bəlli olub ki, bu xırda, 50 –yə yaxın ev olan kənddə sakinlərin mağazaya nə az, nə çox -6 min  700 manat borcu var. Təxminən hər evin 100-150 manat arası. Həmin yardımsevər dəftərdəki bütün borcları ödəyib,  rəqəmləri sıfırlayaraq həmin “nisyə sənədini” ləğv edib. Beləliklə onlarla ailə neçə ayların, illərin xəcalətindən xilas olub. Həmyerlilərinin bu təmənnasız, reklamsız addımı kənd sakinlərinin böyük sevincinə səbəb olub.  
Yerli sakinlərin məlumatına görə, həmyerlilərinin bu alicənablığı onlarda həm də böyük qürur doğurub.
Məlumatı  yardımlılı şair-publisist  Əsədulla  Sadıqov öz  FB səhifəsində paylaşıb. 
Cenub.az. Abdul Əsgərli





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10