Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Azərbaycanda polis rəisinin mal-qarasına görə sakinlər döyülüb? - 


Sosial şəbəkələrdə Ağsu Rayonu Polis Şöbəsi rəisinə məxsus xırdabuynuzlu heyvanların sakinlərin taxıl sahəsini yararsız hala salması barədə məlumat paylaşılıb.

İddia edilib ki, rayonun Ləngəbiz kənd sakinləri buna etiraz edəndə əraziyə polis yeridilib. İnsanları karantin qaydalarını pozmaqda ittiham edərək, həbs edib və polis bölməsində döyüblər.

Daxili İşlər Nazirliyi məsələyə münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Ağsu RPŞ-nin rəhbərliyinə aid təsərrüfatla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir və qərəzlidir:

“Aparılan araşdırma zamanı məlum olub ki, aprelin 17-də Ağsu rayonunun Ləngəbiz kəndi ərazisində bir qrup şəxs rayonun Cəfərli kənd sakini Alxan Paşayevə məxsus xırdabuynuzlu mal-qaranın bələdiyyəyə məxsus örüş sahəsindən keçərək, İsmayıllı rayonuna getməsinə etiraz əlaməti olaraq toplaşıb.

Əraziyə gələn polis əməkdaşları onlara ölkədə elan olunan xüsusi karantin rejimi qaydalarını pozmaları barədə dəfələrlə xəbərdarlıq etsələr də, onlar polisin qanuni tələbinə məhəl qoymayıb, qaydaları pozmağa davam ediblər”.

“Bu səbəbdən orada olan şəxslərdən 15 nəfəri saxlanılaraq, Ağsu RPŞ-yə gətirilib və barələrində müvafiq tədbirlər görülüb. Onların döyülməsi ilə bağlı iddialar əsassız və böhtan xarakterlidir, - deyə DİN rəsmisi qeyd edib.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10