Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı.Ərkivan.Yol qəzası - ölən və yaralananlar var



Masallıda ağır yol qəzası olub, ölən və yaralananlar var. Xəbər yeniləndi-ölənlər 2 oldu

Cenub.az xəbərə verirki hadisə rayonun Ərkivan qəsəbəsi ərazisində baş verib. Belə ki, Ümid Habil oğlu Əşrəfovun idarə etdiyi “Mercedes” markalı 10 FS 064 dövlət qeydiyyat nişanlı avtomobil Qodman kənd sakini Kənan Heydər oğlu Nəsirovun idarə etdiyi “Jiquli-VAZ 2107”markalı 44 BM 853 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub. Nəticədə 1 nəfər ölüb, nəfər xəsarət alıb.
Yaralılar Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası əməkdaşları tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq reanimasiya şöbəsinə yerləşdiriliblər. Dünyasını dəyişən şəxsin VAZ 2107-nin sürücüsü olduğu deyilir.
Xəstəxanaya çatdırılanların ikisi qadın, biri kiişidir. Onlar həmin nəqliyyat vasitəsində sərnişin olan Qızlavar kənd sakinləridir.
Dünyasını dəyişən şəxsin meyidi aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı prokurorluqda cinayət işi açılıb, araşdırma aparılır.      
  Daha sonra aldıqımız məlumata görə , yaralılardan biri vəfat etmişdir  
     





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10