Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Milli Məclisin 17-də keçirilən plenar iclasında deputatlar arasında narazılıq yaranıb.





Buna səbəb koronavirusla bağlı bir metrlik məsafənin saxlanmasına görə, millət vəkillərinin yerinin dəyişdirilməsi olub.
İclas başlamazdan əvvəl kimin harada əyləşəcəyi həmin masanın üzərində yazılıb.
Bu bölgü aparıldıqda bəzi deputatlara məcburən yuxarıda- qonaqlar üçün nəzərdə tutulan hissədə yer verilib.
Qonaq masasında əyləşdirilən deputatlar isə bundan narazı qalıblar.
Hətta bunu ayrı-seçkilik, aşağılanmaq kimi qəbul edənlər də olub: “Niyə məhz məni bura qaldırıbsız?”
Narazılardan biri- gənc deputat Ramil Həsən isə etirazını orada deyil, iclasdan sonra sosial şəbəkələrdə bildirib. O özünün feysbuk hesbında status yazarBuna səbəb koronavirusla bağlı bir metrlik məsafənin aq, sədrin bölgüsünü tənqid edib.
Bundan sonra Ramil Həsən Milli Məclisə çağırılıb və sədr Sahibə Qafarova tərəfindən daxili qaydalara etirazını ictimailəşdirdiyi üçün rəsmən xəbərdarlıq edilib.
Bildirilib ki, nizamnaməyə görə, deputatın sədrin verdiyi qərara etirazı varsa, birinci rəhbərliyə müraciət olunmalıdır
KONKRET.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10