Heydər Əliyev Fondu Masallıda 1000 nəfərə yardım göstərdi- ərazilər üzrə siyahı
Yardımların hər birinin qiyməti 60 manata yaxındır.
Bu gün aprel ayının 20-də Heydər Əliyev Fondunun dəstəyi ilə “Biz birlikdə güclüyük” “Regional inkişaf” İctimai Birliyi Masallı Rayon ərazisində imkansız, eləcə də həssas qrupdan olan digər ailələrə yardım paylamışdır. Masallı İHB-nin şöbə müdiri Seyfəddin Əliyevin cenub.az-ın əməkdaşına verdiyi məlumata görə, yardımlar bu gün gətirilib, elə bu gün də 37 Ərazi Dairəsi üzrə bölüşdürülməsi təmin edilib. Ola bilər ki, böyük ərazilərdə yardımların bir qismi sabah paylanılsın.
Heydər Əliyev Fondunun bu addımı sakinlər tərəfindən böyük razılıqla qarşılanıb. Maksimum səy göstəririk ki, yardımlar həqiq ehtiyacı olan ailələrə çatdırılsın, tam obyektivlik və aşkarlıq təmin olunsun.
Redaksiya Seyfəddin Əliyevə məlumatları operativ şəkildə sayta çatdırdığı üçün təşəkkürünü bildirir.
Yardımların bölgüsünün Ərazi Dairələri üzrə siyahısı əlavə olunur.
Turan Əlisoy. Cenub.az
Masallıda “Biz birlikdə güclüyük” aksiyası çərçivəsində Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən aztəminatlı ailələrə ərzaq yardımı paylanılıb.
S/s | Ərazinin adı | Verilən payların sayı |
1 | Masallı | 266 |
2 | Ərkivan | 51 |
3 | Boradigah | 39 |
4 | Banbaşı | 20 |
5 | Bədəlan | 25 |
6 | Çaxırlı | 23 |
7 | Göyəçöl | 11 |
8 | Güllütəpə | 22 |
9 | Həsənli | 25 |
10 | Hişkədərə | 17 |
11 | Xıl | 15 |
12 | Xırmandalı | 35 |
13 | Viləş | 10 |
14 | Kolatan | 15 |
15 | Köhnə Alvadı | 15 |
16 | Qarğalıq | 30 |
17 | Qəriblər | 15 |
18 | Qızılağac | 22 |
19 | Qızılavar | 18 |
20 | Qodman | 18 |
21 | Lürən | 10 |
22 | Mahmudavar | 25 |
23 | Miyənkü | 15 |
24 | Musaküçə | 20 |
25 | Sərçuvar | 10 |
26 | Sığdaş | 15 |
27 | Şərəfə | 20 |
28 | Şıxlar | 15 |
29 | Təklə | 25 |
30 | Təzə Alvadı | 35 |
31 | Təzəkənd | 15 |
32 | Tüklə | 15 |
33 | Türkoba | 22 |
34 | I Səmidxan | 20 |
35 | Yeyənkənd | 15 |
36 | Yeddioymaq | 15 |
37 | Öncəqala | 16 |
Cəmi | 1000 |