Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

10 dekabr 2004 cü il ÇƏPƏRÜSTÜ SÖHBƏT


- Qıza, bir az pulun var, qudurubsan, elə bilirsən başçı işləmək asandır?
- Bacı canı, bircə-bircə öyrənmişəm. Ən asan iş elə başçılıqdır. Bu iş elə sistemləşib, elə normalaşıb ki, adam tutan idarədən başlamış siçan-pişik tutan idarəyədək hamısı “şapka”sını da, öz faizini də əzbər bilir. Heç adam yox, o kabnetdə taxtadan adama oxşar bir şey də qoyasam (üstündə də 10-15 cibi olmaq şərti ilə), heç ayın sonu olmamış görəcəksən cibin doludur pullarla.
- Bəs şikətətçilərə nə cavab verəcəksən?
- Rayon, maşallah, maşallah, cadugərlə, falcıyla doludur. 5-10 “göy” verib hamısının dilini, ağzını bağlatdıracağam. Bərkə düşər şərlətdirərəm, ciblərinə narkotik atdıraram. O qədər iş var ki... zorlama, üzə durma, polisə müqavimət, dövlət çevrilişi... axırı birinədə ilişəcək.
- Qıza, bunun iclası var, təntənəli açılışı var. Onda neyləyəcəksən?
- O idarədə bir sürü işçi var. Elə dəllallıq eləməyə, qohum-əqrabalıarına iş düzəltməyə, ondan-bundan günorta saldırmağa görə əzilib-buzulmək üçün işə gəlmirlər ki. Canları çıxar, iclasda əvəzimə danışarlar, heç olmasa, hıqqana-hıqana üzdən oxuyarlar.
- Qıza, icra hakimiyyətindən başqa ilişməyə idarə tanımırsan?
- Bacı, bura kənd yeridir. Buranın Prezdenti də, Milli Məclisi də, Nazirlər Kabneti də, Konstitusiya məhkəməsi də, bərkə düşəndə 3-cü sektoru, lap müxalifəti də başçı özüdür. Ona görə, haradan fırladırsan, ona dəyir. Qısası, o idarənin fırıldaq işləri çoxdur. Bərkə düşəndə, deyirsən, filan-filan işlər mənlik deyil O vaxt ki, haqq-hesabın çatır, o nənəsi ölmüş ərazi nümayəndələrini qapı-qapı salıb işıq idarəsi üçün pul yığdırırsan. O da “QAZ-31” də fırlanıb aylıq haqqını gətirir.
- Bəs sən başçı olsan, belə etməyəcəksən?
- Pul çıxsa, niyə eləmirəm ki, o qədər bərkgedən, dinli-imanlı ağsaqqal vəzifəyə, pula görə simasını dəyişib ki, mənə nə olub, “çestnıy” qalam. 5-6 il hər cür murdarlıq edib, yaxşı pul yığacam, sonra Həccə gedib olacam yaxşı adam. Hələ lazım gəlsə, o əl şairlərinə özüm haqqında poema yazdıracam, nəslimiz haqqında kitab bağlatdıracam...
- Bu qədər pulla, bu cür ev-eşiklə vəzifə davasın eləməyin ağılsızlıqdır.
- Bacı, vəzifənin kayfı başqadır. Adam var məzara da çeriz vəzifə, əlində möhür, qoltuğunda katibə birbaşa kabnetdən getmək istəyir.
- Allah arzuna çatdırsın.
Zahir Əmənov





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10