Xəbər verdiyimiz kimi aprelin 16-da Masallı rayonunun Təzə Alvadı kəndində İntiqam Qədiyevə məxsus evdə güclü partlayış baş verib.
Hadisə nəticəsində 2-si azyaşlı olmaqla ağır yanıq xəsarətləri alan 5 nəfər dağıntılar altından çıxarılaraq paytaxt Bakıya aparılıb və 5 saylı şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.
Bu gün axşam saatlarında isə Bakıda müalicə olunan İ.Qədiyevin həyat yoldaşı Sevinc Qədiyeva dünyasını dəyişib. Bu haqda Moderator.az-a ailə üzvlərinin yaxınları məlumat verib. Hazırda mərhumun meyiti yaşadığı kənddə dəfn edilir. Bununla yanaşı, İ.Qədiyevin və bir övladının da vəziyyətinin ağır olduğu bildirilir.
Qeyd edək ki, hadisənin qaz sızması nəticəsində baş verdiyi bildirilir.