Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

İRANDA MİSLİ GÖRÜNMƏMİŞ VƏHŞİLİK:DİRİ-DİRİ BASDIRDILAR-VİDEO



İranda yüz minlərlə cücə diri-diri basdırılıb. Yenilik.az xəbər verir ki, buna səbəb olaraq yeni növ koronavirusun (Covid-19) yayılmasından sonra bu ölkədə toyuq ətinə tələbat azalması göstərilir.
Yayılan görüntülərdə yük maşınına yığılan çox sayda cücənin boş bir əraziyə aparılaraq məhv edildiyi görünür. Cücələrin bu cür öldürülməsi etiraza səbəb olub.
Bir Günlük Toyuq İstehsalçıları Birliyi sabaha qədər ölkədəki bütün cücələrinnbu cür məhv ediləcəyini açıqlayıb.
Məsələ ilə bağlı açıqlama verən İranın Kənd Təsərrüfatı nazirinin müavini Mürtəza Rzayi yeni tip koronavirusa görə toyuq əti satışının azaldığını bildirib:
“Buna görə cücə istehsalına məhdudiyyət qoyulub. Çox təəssüf ki, bazarda toyuq ətinin qiymətinin ucuzlaşmasına görə cücə istehsalı ilə məşğul olanlar artıq cücələri məhv etmək məcburiyyətində qalırlar. Cücələrin məhv edilməsi dünyada quşçuluq sənayesində təbii proses sayılır”.
Ətraf Mühitin Mühafizəsi Agentliyinin Tehran Baş direktoru Səid Səid Mahmudi isə məsələ ilə bağlı verdiyi açıqlamasında “Digər toyuq istehsalçılarının da bu üsula əl atması halında onlara qarşı ən sərt tədbirlər görüləcək!” sözlərini deyib.

https://bax.tv/video/99446.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=99446





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10