Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

"Günaybank" koronavirusdan sui-istifadə edərək vətəndaşları aldadır – ŞOK İTTİHAM


Jurnalist Əvəz Zeynallı Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmova müraciət edib. Pravda.az-ın xəbərinə görə, Ə.Zeynallı müraciətində sahibkarlardan birinin üzləşdiyi problemi qabardıb.

“Həsən Həsənov adlı sahibkar "Dünən "Günaybank"dan sahibkarlara verilən pulu almağa getmişdim. Verilən puldan tutulmaqla çek kitabçasını məcburi 20 manata mənə satdılar, üstəgəl, 1.5% əməliyyat pulu tutdular. "Günaybank"ın 1 saylı şöbəsi bu çek kitabçasını məcburi qaydada 20 manata vətəndaşlara sırıyır. Bu şöbə "Binə" ticarət mərkəzində yerləşir və "Günaybank" koronavirusdan sui-istifadə edərək vətəndaşları aldadır. 16.04.2020-ci ildə pul alanlara bu çek verilməyib, 17.04.2020-ci ildən məcburi verilir. Xahiş edirəm, bunu işıqlandırasınız” yazır” – Ə.Zeynallı bildirib.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10