Koronovirus qadağalarını pozan insanların cərimələnməsi çoxlarına bəllidir. Bəs Masallı rayonunda vəziyyət necədir? Xeyli cəhddən sonra axır ki, icra hakimiyyətindəki rəsmilərdən aşağıdakı məlumatı ala bildik. Məlum oldu ki, şəhər mərkəzində 102, rayonun digər yaşayış məntəqələrində isə 239 adam, eləcə də 11 obyekt sahibi bu qadağalara əməl etmədiyi üçün cərimələnib. Lakin öyrənə bilmədik ki, hansı qəsəbə və kənd ərazisində neçə nəfər bu cərimələrə məruz qalıb? Həmçinin onu da aydınlaşdıra bilmədik ki rayondakı hansı obyektlər cərimələnib? Görəsən, bunlar daha detallı aşkarlansı aidi hansı “faciələr” baş verərdi? Cərimələrin isə minimum məbləğinin 100 manat olduğunu nəzərə alsaq, cərimələr yəqin ki, 34100 manatdan az deyil
İndi isə Masallı üzrə 01-17-ci tarixinə günlər üzrə cəriməı cədvəlinə nəzər salaq
S/s | Tarix | İnzibati məsuliyyətə cəlb edilənlər | Rayon mərkəzi | Digər yaşayış məntəqələri | Obyektlər |
01.04.2020 | 5 | 1 | 4 | 3 | |
02.04.2020 | 9 | 2 | 7 | ||
03.04.2020 | 26 | 11 | 15 | 2 | |
04.04.2020 | 12 | 0 | 12 | - | |
05.04.2020 | 29 | 9 | 20 | - | |
06.04.2020 | 8 | 0 | 8 | 1 | |
07.04.2020 | 10 | 1 | 9 | - | |
08.04.2020 | 24 | 5 | 19 | - | |
09.04.2020 | 31 | 16 | 15 | - | |
10.04.2020 | 19 | 3 | 16 | - | |
11.04.2020 | 18 | 6 | 12 | 1 | |
12.04.2020 | 23 | 12 | 11 | - | |
13.04.2020 | 29 | 4 | 25 | - | |
14.04.2020 | 21 | 12 | 9 | - | |
15.04.2020 | 30 | 6 | 24 | 2 | |
16.04.2020 | 13 | 4 | 9 | 2 | |
17.04.2020 | 34 | 10 | 24 | - | |
18.04.2020 | |||||
Cəmi | 341 | 102 | 239 | 11 |