Bunu Yenisabah.az-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib. O, səbəbi “Fərqlənmə nişanı”nın sadələşdirilmiş vergi növü olması ilə izah edib: “Vergisini ödəyib avtomobili üçün bir aylıq “Fərqlənmə nişanı”nı alır. Daha sonrakı prosedur ondan ibarətdir ki, e-gov.az-da qeydiyyatdan keçməlidir. Hazırda reallıq ondan ibarətdir ki, bu fəaliyyətlə məşğul olanların heç birində elektron və ya ASAN imza yoxdur. O olmadığı üçün onlar icazə portalından qeydiyyatdan keçə bilmirlər. Ona görə də ailə büdcəsi həqiqətən də taksidən formalaşan vətəndaşlar problem yaşamasın deyə şirkət vasitəsilə müraciət etməlidirlər. Bugünədək “Fərqlənmə nişanı”nı daim almış şəxs əməkdaşlıq etdiyi hər hansı bir taksi şirkəti ilə sənədlərini təqdim edə bilər. Belə olan halda rahatlıqla proses yerinə yetiriləcək. Bu gün bir sürücü 10-15 şirkətlə əməkdaşlıq edir, bunu etmək o qədər də çətin olmaz”
Sayad Həsənli