Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Xəzər” televiziyasında kütləvi işdən çıxarılma başlayıb.


.
 
Baş direktor Murad Dadaşov islahatlara start verib, işdən çıxarılmalar əsasən Maliyyə və Reklam departamentlərini əhatə edib.
 
Belə ki, Maliyyə departamenti tam tərkibdə yeniləcək. Departamentin rəisi Rəhman, baş mühasib Amil Məmmədov, Cəbrayıl Alışov və digərləri vəzifələrindən azad ediliblər.

Reklam departamentinin də bəzi əməkdaşları işdən çıxarılıblar. Onlar arasında reklam mütəxəssisi Vüsal Nəbiyev də var.
 
Xatırlatma: SOCAR-ın təsisçiliyi ilə yaradılan "SOCAR Media" İctimai Birliyi martın 5-də "Xəzər TV" MMC-nin təsis paylarını alıb. Sonra isə televiziyaya icraçı direktor Xalq artisti Murad Dadaşov təyin edilib.
 
Qeyd: “Xəzər TV”-nin əvvəlki rəhbəri Azərbaycan Prezidentinin sabiq köməkçisi Əli Həsənovun oğlu Şamxal Həsənli olub.(pravda.az)





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10