Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Karantin dönəmində necə oruc tutmaq barədə onlayn mühazirələr başlandı..




Bu gün - aprelin 18-dən  İngiltərədəki ən böyük məscidlərdən biri dindarlara Ramazan ayının karantində necə keçirilməsi barədə tövsiyələr verilən onlayn mühazirələrə start verir. 

Moderator.az xarici İslam saytlarına istinadla xəbər verir ki, Birminhemdəki  “Qrin Leyn”(«Yaşıl Zolaq”) məscidi möminlərə bütün müsəlman ibadətgahlarının bağlı olacağı 2020-ci ilin Ramazan ayında ibadət etməyin yollarını  izah edəcək. 

Seminarlarda dünyanın müxtəlif ölkələrindən olan müsəlman ilahiyyatçılar çıxış edəcək. 

"Hazırsınız?" Yoxsa düşüncələriniz “COVID-19” pandemiyası ilə məşğuldur? – vebinar(onlayn seminar) haqqındakı bülletendə belə deyilir, - "O halda Ramazanla əlaqədar evlərinizə birbaşa yayımlanacaq onlayn seminarımız haqda məlumat almaqdan məmnun olacaqsınız. Tədbir 18 aprel-  şənbə günü baş tutacaq...”

Sultan Laçın





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10