Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Vergi Məcəlləsinə dəyişikliklər paketi hazırlanıb və bütün dövlət qurumları ilə razılaşdırılıb”.


“Vergi Məcəlləsinə dəyişikliklər paketi  hazırlanıb və bütün dövlət qurumları ilə razılaşdırılıb”.

Demokrat.az xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Prezidentlə  keçirilən videokonfransda məruzəsində deyib.

O qeyd edib ki, pandemiyanın bilavasitə təsir etdiyi fəaliyyət sahələri üzrə vergi ödəyicilərinə 1 yanvar 2021- ci ilədək olan dövr üzrə bir sıra vergi güzəştləri və vergi tətilləri təklif olunub:

“Burada əmlak və torpaq vergiləri üzrə tam məbləğdə vergi güzəştlərinin verilməsi , əldə olunan gəlirin 75 faizi miqdarında vergi güzəşti kimi. Fiziki şəxslərdən daşınmaz əmlakın icarəsi üzrə ödəmə mənbəyində  tutulan vergi dərəcələrinin 14 faizdən 7 faizə  endirilməsi, ictimai iaşə  və ölkədaxili sərnişindaşıma  fəaliyyəti üzrə  sadələşdirilmiş vergi məbləğinə 50 faiz güzəştin verilməsi və. s tədbirlər nəzərdə tutulur





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10